Şakir Musayev
348
Məhkəmə ekspertizasının komisyon
xarakteri onu təyin etmiş
orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri
tərəfindən müəyyən edilir.
Komisyon məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması
onu təyin etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası
idarəsinin rəhbərinə həvalə edilir.
Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər
qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.
Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə
edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə
etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri
qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara
cavab verir.
Komisyon məhkəmə ekspertizası aparılarkən onu təyin etmiş
orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri
ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını
işləyib hazırlamaq və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün
ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin
səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir.
Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər.
Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir.
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna
səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib
edir.
Dostları ilə paylaş: