Şakir Musayev
350
Məhkəmə ekspertiza idarələri məhkəmə ekspertizasının
aparılması üzrə
fəaliyyətlərini ekspert təcrübəsinin
ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların
ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid elmi-
metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.
Maddə 24. Məhkəmə ekspertizasının aparılmasında
məhdudiyyətlər
Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə maraqlı olduğunu
təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının
aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış təhqiqat isə
dərhal dayandırılmalıdır.
Ekspert Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə
ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir,
məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal
dayandırmalıdır.
Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və
ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o,
icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə
edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin edilməsi
məsələsi yenidən həll edilir.
Dostları ilə paylaş: