Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə361/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   357   358   359   360   361   362   363   364   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

351



və  əldə edilmiş  nəticələrin yekunlaşdırılması  mərhələsində proses 

iştirakçılarının iştirakına yol verilmir. 

Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə 

mane olduqda, ekspert təhqiqatı dayandıra bilər və  həmin  şəxsə 

verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin 

etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər. 

 

Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun 

məzmunu 

Aparılmış  təhqiqatlar  əsasında  əldə edilmiş  nəticələr nəzərə 

alınmaqla məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir 

və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları 

məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. 

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində  işağıdakılar 

göstərilir: 

- məhkəmə ekspertizasının aparıldığı tarix və yer; 

- məhkəmə ekspertizasının aparılmasının əsasları; 

- məhkəmə ekspertizasını  təyin etmiş orqan və ya şəxs 

haqqında məlumat; 

- məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə 

ekspertizası idarəsi və  məhkəmə eksperti haqqında (soyadı, adı  və 

atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və 

elmi dərəcəsi, tutduğu vəzifə) məlumat; 

- Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə 

uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət 

barədə ona xəbərdarlıq edilməsi; 

- məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar; 

- məhkəmə ekspertizasının aparılması üçün məhkəmə 

ekspertinə təqdim edilmiş təhqiqat obyektləri və iş üzrə materiallar; 

- məhkəmə ekspertizasının aparılması zamanı  iştirak etmiş 

proses iştirakçıları haqqında məlumat; 

- istifadə edilən metodlar göstərilməklə təhqiqatın məzmunu və 

nəticələri; 

- təhqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar 

üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin