Şakir Musayev
356
verilirsə, həmin stasionarın müdiriyyəti bu hərəkətlərin qarşısının
alınması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Haqqında məhkəmə-psixiatriya ekspertizasının könüllü qaydada
aparıldığı şəxs tərəfindən bu cür hərəkətlərə yol verilərsə, o,
psixiatriya stasionardan çıxarıla bilər və bu barədə stasionarın
müdiriyyəti məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə
yazılı formada məlumat verir.
Maddə 34. Həbsdə olan şəxslər barəsində məhkəmə
ekspertizasının psixiatriya stasionarında aparılması şəraiti
Həbsdə olan şəxslər barəsində məhkəmə psixiatriya ekspertizası
həmin şəxslərin saxlanması üçün müəyyən edilmiş məhkəmə-
psixiatriya ekspertizası stasionarında aparılır. Bu stasionarların
təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi həbsdə saxlanma
yerlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi vəzifələrini
yerinə yetirən orqanlar tərəfindən həyata keçirilir.
Məhkəmə-psixiatriya ekspertiza stasionarlarının təhlükəsizliyini
və mühafizəsini həyata keçirən şəxslərlə həmin stasionarların tibb
işçilərinin birgə fəaliyyət qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məhkəmə-psixiatriya ekspertiza stasionarlarında yerləşdirilən
həbsdə olan şəxslərə Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyinin normaları şamil edilir. Belə hallarda açıq-aşkar
psixi pozuntusu olan şəxslərə tənbeh və maddi məsuliyyət tədbirləri
nəzərdə tutan normalar, həmçinin silah işlədilməsi tətbiq edilmir.
Dostları ilə paylaş: |