Maddə 36. Canlı şəxslər barəsində məhkəmə ekspertizası
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
357
Canlı şəxs barəsində məhkəmə ekspertizası aparılarkən güclü
ağrıverici təsirlərə malik olan və yaxud şəxsin sağlamlığına mənfi
təsir edə biləcək tədqiqat metodlarının, həmçinin Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə səhiyyə praktikasında
istifadə edilməsi qadağan olunan metodların tətbiqinə yol verilmir.
Haqqında məhkəmə ekspertizası aparılan şəxs ona qarşı tətbiq
olunan tədqiqat metodları və mümkün ola biləcək ağrıverici təsirlər
barədə məlumatlandırılmalıdır. Eyni məlumatlar haqqında məhkəmə
ekspertizası aparılan şəxsin müvafiq vəsatətlə müraciət etmiş qanuni
nümayəndəsinə də verilir.
Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən
tədqiqat aparılması məqsədilə tibb idarəsində onlardan zəruri olan
nümunələr götürülür və bu barədə ekspertin rəyində göstərilir.
Nümunələr həmin tibb idarəsinin iki nəfər tibb işçisinin iştirakı ilə
həkim və ya digər mütəxəssis tərəfindən götürülür. Könüllük
qaydasında məhkəmə ekspertizasına göndərilmiş şəxslərdən məcburi
qaydada nümunələrin götürülməsinə yol verilmir.
Dostları ilə paylaş: