Maddə 40. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin
təşkilati və elmi təminatı
Məhkəmə ekspertizası fəaliyyətinin maddi-texniki, elmi-metodik
və təşkilati təminatı məhkəmə ekspertiza idarəsinin tabe olduğu
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Məhkəmə ekspertizası idarəsinin yaradılması və ləğv edilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilməklə, onun fəaliyyət qaydası haqqındakı
əsasnamə həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
Dostları ilə paylaş: |