Şakir Musayev


Maddə 43. Qanunun pozulmasına görə məsuliyyət



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə375/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   371   372   373   374   375   376   377   378   ...   516
 

Maddə 43. Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun pozulmasına görə  vəzifəli  şəxslər və  vətəndaşlar 

Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Heydər ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 18 noyabr 1999-cu il 



 

Şakir Musayev  

 

360



«DÖVLƏT MƏHKƏMƏ EKSPERTİZASI FƏALİYYƏTİ 

HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN 

TƏTBİQ EDİLMƏSİ BARƏDƏ 

 

Azərbaycan Respublikası Prezidentinin 



15 yanvar 2000-ci il tarixli fərmanı 

 

«Dövlət məhkəmə ekspertizası  fəaliyyəti haqqında» Azərbaycan 



Respublikası Qanununun qüvvəyə minməsi ilə  əlaqədar həmin 

Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram: 

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 



bir ay müddətində: 

- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət məhkəmə 

ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa 

uyğunlaşdırılması barədə  təkliflərini hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim edilsin; 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti 

orqanının normativ-hüquqi aktlarının həmin qanuna 

uyğunlaşdırılmasını  təmin etsin və bu barədə Azərbaycan 

Respublikasının Prezidentinə məlumat verilsin; 

- Öz 


səlahiyyəti hüdudlarında «Dövlət məhkəmə ekspertizası 

fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunundan irəli 

gələn digər məsələləri həll etsin. 

2. Müəyyən edilsin ki: 

- «Dövlət məhkəmə ekspertizası  fəaliyyəti haqqında» 

Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin ikinci 

hissəsində  nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın 

səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər kabineti həyata 

keçirir; 

- həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində, 23-cü 

maddəsinin birinci hissəsində, 34-cü maddəsinin ikinci hissəsində, 

39-cu maddəsinin birinci hissəsində, 40-cı maddəsinin birinci 

hissəsində  nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı» və 

«müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin