Maddə 37. Proses iştirakçılarının canlı şəxslər barəsində
məhkəmə ekspertizasının aparılmasında iştirakı
Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə
hüququ olan proses iştirakçıları iştirak edə bilərlər.
Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş
orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan
şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir.
Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə
müşaiyət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən
olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların
aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.
|