Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
355
- məlumat almaq məqsədi ilə onun hüquqlarını
məhdudlaşdırmaq, aldatmaq, hədə-qorxu gəlmək, zor və digər
qanunsuz tədbirlər tətbiq etmək;
- üzərində yeni dərman vasitələrini, diaqnostik metodları,
xəstəliklərin profilaktikasını və müalicəsini sınaqdan keçirmək,
həmçinin şəxsdən obyekt kimi istifadə olunmaqla biotibbi
eksperimental tədqiqatlar aparmaq.
Barəsində məhkəmə ekspertizası aparılan şəxs ekspertə həmin
məhkəmə ekspertizasının predmetinə aid olan izahatlar verə bilər.
Tibbi stasionarda yerləşdirilmiş şəxslə onun müdafiəçisinin,
qanuni nümayəndəsinin və ya işdə iştirak etmək üçün buraxılmış
digər nümayəndələrinin görüşü, üçüncü şəxslər tərəfindən
informasiya əldə olunmasını istisna edən şəraitdə təşkil edilir.
Şikayət, ərizə və vəsatət vermək üçün tibbi stasionarda
yerləşdirilmiş şəxsə real imkanlar yaradılmalıdır. Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada verilmiş şikayət senzuradan keçirilmir və iyirmi dörd saat
ərzində aidiyyatı üzrə göndərilir.
Dostları ilə paylaş: