Maddə 30. Şəxsin tibbi stasionara yerləşdirilməsinin əsasları
və qaydası
Məhkəmə tibbi və ya məhkəmə-psixiatriya ekspertizası təyin
edilərkən şəxsin stasionar müayinəsi zərurəti yaranarsa, o, məhkəmə
ekspertizasının təyin edilməsi barədə qərar əsasında müvafiq tibbi
stasionara yerləşdirilir. Şəxsin tibbi stasionara yerləşdirilməsi
qaydası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilir.
Həbsdə saxlanılan şəxslər barəsində məhkəmə ekspertizası
aparıldıqda, onlar bu məqsədlə xüsusi yaradılmış tibbi stasionara
yerləşdirilir.
Məhkəmə-psixiatriya ekspertizasının aparılması üçün şəxs yalnız
məhkəmənin (hakimin) qərarı əsasında psixiatriya stasionarına və
|