Şakir Musayev
352
Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən
materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir.
Təhqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər
məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını
təyin etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə
olunmaq üçün onlara göndərilə bilər.
IV fəsil
Məhkəmə ekspertizası idarələrində canlı şəxslər barəsində
məhkəmə ekspertizasının aparılmasının xüsusiyyətləri
Maddə 27. Canlı şəxslər barəsində məhkəmə ekspertizasının
aparılması
Canlı şəxslər barəsində məhkəmə ekspertizası məhkəmə
icraatının bütün növləri üzrə həyata keçirilir. Məhkəmə
ekspertizasına göndərilməli olan şəxslərin dairəsi Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Dostları ilə paylaş: |