Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
353
Maddə 29. Məhkəmə ekspertizasının könüllük və məcburilik
qaydasında aparılması
Canlı şəxslər barəsində məhkəmə ekspertizası könüllü və yaxud
məcburi qaydada həyata keçirilir.
Məhkəmə ekspertizası könüllü qaydada həyata keçirildikdə,
məhkəmə ekspertizası idarəsində haqqında məhkəmə ekspertizası
aparılan şəxsin yazılı formada razılığı təqdim edilməlidir.
Əgər haqqında məhkəmə ekspertizası aparılan şəxs on altı yaşına
çatmamışdırsa və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan şəxs hesab edilmişdirsə, məhkəmə ekspertizasının
aparılmasına yazılı formada razılıq həmin şəxsin qanuni nümayəndəsi
tərəfindən verilir.
Məcburi qaydada məhkəmə ekspertizasına göndərilən şəxslərin
dairəsi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilir. Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində şəxsin məcburi qaydada məhkəmə ekspertizasına
göndərilməsi haqqında birbaşa göstəriş olmadıqda, məhkəmə
ekspertizası idarəsi həmin şəxs barəsində məcburi qaydada məhkəmə
ekspertizasını apara bilməz.
Dostları ilə paylaş: |