Şakir Musayev
354
yaxud məhkəmə-psixiatriya ekspertizası stasionarına yerləşdirilə
bilər.
Məhkəmə ekspertizasını təyin etmiş və məcburi qaydada şəxsi
tibbi stasionara yerləşdirmiş orqan və ya şəxs iyirmi dörd saat
müddətində həmin şəxsin yaxın qohumlarına və ya onun göstərdiyi
hər hansı şəxsə, bu cür adam olmadıqda isə onun yaşadığı yer üzrə
daxili işlər orqanına məlumat verməlidir.
Maddə 31. Şəxsin tibbi stasionarda qalma müddəti
Şəxs məhkəmə tibbi ekspertizası aparılması üçün otuz gün
müddətinədək tibbi stasionara yerləşdirilə bilər.
Zərurət olduqda, ekspertin (ekspertlərin) əsaslandırılmış
vəsatətinə əsasən şəxsin tibbi stasionarda qalma müddəti göstərilən
stasionarın yerləşdiyi rayon məhkəməsi hakiminin qərarı ilə daha
otuz gün müddətinə uzadıla bilər.
Tibbi stasionarda qalma müddətinin uzadılması barədə ekspertin
(ekspertlərin) təqdimatı otuz gün müddətinin başa çatmasına üç gün
qalmış həmin stasionarın yerləşdiyi rayonun məhkəməsinə təqdim
edilməlidir.
Hakim təqdimatı aldıqdan sonra üç gün ərzində qərar çıxarır və
bu barədə ekspertə (ekspertlərə) məlumat verir.
Şəxsin tibbi stasionarda qalma müddətinin uzadılmasından hakim
tərəfindən imtina edildikdə həmin şəxs oradan dərhal çıxarılmalıdır.
Məhkəmə ekspertizası idarəsinin rəhbəri hakimin qərarı barədə
tibbi stasionarda olan şəxsə, həmçinin məhkəmə ekspertizasını təyin
etmiş orqana və ya şəxsə məlumat verir.
Tibbi stasionarda qalma müddəti pozulduqda, şəxs, onun
müdafiəçisi, qanuni nümayəndəsi və ya işdə iştirak etmək üçün
buraxılmış digər nümayəndələri bu barədə stasionarın yerləşdiyi
rayonun məhkəməsinə şikayət edə bilər.
Dostları ilə paylaş: |