Maddə 25. Proses iştirakçılarının məhkəmə ekspertizasının
aparılmasında iştirak etməsi
Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə
ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə
ekspertizasının aparılmasında iştirak edə bilərlər.
Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses
iştirakçıları təhqiqatın gedişatına müdaxilə edə bilməzlər. Lakin
məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və
izahatlar verə bilərlər.
Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə
ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi
|