Ġstehlak komponentlərinin birləĢdirilməsindən sonra regional qiymət fərqlərinə düzəliĢlər
edilmiĢdir. ġəhər və kənd yerləri, eləcə də müxtəlif coğrafi ərazilər arasındakı nəzərəçarpacaq qiymət
fərqləri nominal xərclərə təsir göstərir. Məsələn, Bakıda 1 AZN-ə ölkənin kənd yerlərində olduğuna
nisbətən fərqli mal və xidmət dəsti almaq mümkündür. Məkan və zaman üzrə müqayisəliliyi təmin etmək
üçün Ģəhər və kənd yerləri üzrə qiymət fərqlərini və regional qiymət dəyiĢikliklərini izah etmək vacibdir.
Yoxsulların istehlak səbətində ən mühüm maddə ərzaq olduğundan biz ərzağın qiymətindəki dəyiĢikliyi
izah etmək üçün regional ərzaq qiyməti indeksindən istifadə edirik. Regional qiymət indeksləri mövcud
olmadığı üçün (aylıq qiymət indeksləri bütün Azərbaycan üçün hesablanır və yalnız bəzi Ģəhərlərin
qiymətlərinə əsaslanır) bu düzəliĢ ev təsərrüfatları müayinəsindən götürülmüĢ məlumatlardan (sorğuda
toplanmıĢ büdcə nisbətindən və ərzaq mallarının ehtimal olunan qiymətləri, yaxud vahidlərinin
qiymətlərindən) istifadə edilməklə həyata keçirilmiĢdir. Bəzi ev təsərrüfatlarında kənarlaĢma effektinin və
ərzaq büdcələrinin əksər hissəsini evdən kənarda yeməyə sərf edən müstəsna ev təsərrüfatları hallarının
qarĢısını almaq üçün ev təsərrüfatları üzrə PaaĢe indeksindən deyil Ġlkin seçmə vahidi indeksindən
istifadə edilmiĢdir. Hər bir ilkin seçmə vahidi üçün orta büdcə nisbətləri hər bir ilkin seçmə vahidindəki
ev təsərrüfatları tərəfindən ödənilmiĢ median qiymətlərin və ölkə üzrə median qiymətlərin xüsusi çəkiləri
kimi götürülmüĢdür. KənarlaĢma effektlərinin qarĢısını almaq üçün orta qiymətlərdən deyil, median
qiymətlərdən istifadə edilmiĢdir. Büdcə nisbətləri artıq 0 və 1 arasında qiymətlərlə məhdudlaĢdığından, ev
təsərrüfatlarının ölçüsü üzrə onların orta göstəricisi hesablanmıĢ və çəki əmsalına vurulmuĢdur. Ev
təsərrüfatlarının çəkilərinin tətbiq olunması vasitəsilə hesablanan ölkə üzrə median qiymətlər də müəyyən
edilmiĢdir.
17.
Hesabatda ev təsərrüfatları və məkan üzrə rifahı müqayisə etmək məqsədilə 2008-ci il YSQS
məlumatları üçün yuxarıda təsvir edilmiĢ çərçivənin istifadəsi yolu ilə qurulmuĢ ümumi istehlak
xərclərindən istifadə olunmuĢdur. Zaman keçdikcə müqayisəliliyin təmin olunması üçün 2008-ci il
qiymətləri üzrə ölkə səviyyəsində aylıq Ġstehlak Qiymətləri Ġndekslərindən istifadə edilməklə cari
istehlakın hər bir komponentinə düzəliĢ edilmiĢdir. Bundan əlavə, coğrafi regionlar üzrə rifahın
müqayisəsini təmin etmək üçün mal və xidmətlərin qiymətlərindəki (yəni, yaĢayıĢın dəyərindəki) regional
dəyiĢikliklər nəzərə alınmıĢdır. Yoxsulların istehlak səbətində ən mühüm maddə ərzaq olduğundan
ərzağın qiymətindəki dəyiĢikliyi izah etmək üçün sorğu vasitəsilə toplanmıĢ vahidin qiyməti üzrə
informasiya əsasında qurulmuĢ regional ərzaq qiyməti indekslərindən istifadə edilmiĢdir.