25. Yoxsulluğun ölçülməsində sonuncu addım rifah göstəricisi və seçilmiĢ yoxsulluq həddinin
müqayisəsini bütün əhali, yaxud əhali qrupları üzrə bir ümumi yoxsulluq göstəricisinə çevirən riyazi
funksiyanın seçilməsidir. Bu hesabatda üstünlük verilən yoxsulluq indeksləri kimi yoxsulluq ölçülərinin
Foster-Qreer-Torbeke sinfindən istifadə edilmiĢdir: adambaĢına nisbət, yoxsulluğun dərinliyi və
yoxsulluğun kvadratik boĢluğu (Foster, Qreer, Torbeke, 1984-cü il). Ən çox istifadə edilmiĢ üç ölçü
aĢağıdakılardır:
Yoxsulluq səviyyəsi (adambaşına nisbət). Bu, seçilmiĢ rifah ölçüsü (məsələn, gəlir və ya istehlak)
mütləq yoxsulluq həddindən aĢağı olan əhalinin nisbətidir, yəni malların əsas səbətini ala
bilməyən əhalinin nisbətidir.
Yoxsulluğun dərinliyi (yoxsulluq boşluğu). Bu, ev təsərrüfatlarının yoxsulluq həddindən nə qədər
uzaq olması haqqında informasiya verir. Bu ölçü bütün əhali üzrə yoxsulluq həddinə nisbətən
ümumi orta gəlir və ya istehlak sahəsində çatıĢmazlığı əks etdirir. O, yoxsulların əldə edə
bilmədikləri bütün Ģeylərin toplanması və cəmin əhali sayına bölünməsi ilə alınır.
Yoxsulluğun kəskinliyi (yoxsulluğun kvadratik boşluğu). Bu, təkcə yoxsulları yoxsulluq
həddindən ayıran məsafəni deyil (yoxsulluq boĢluğu), həmçinin yoxsullar arasındakı
bərabərsizliyi də nəzərə alır və yoxsulluq həddindən çox uzaq olan ev təsərrüfatlarına daha
yüksək çəki verir.
26. Yoxsulluq səviyyəsindən geniĢ istifadə edilir, lakin yoxsulluğun dərinlik və kəskinlik ölçüləri
yoxsulluq səviyyəsini tamamlayır və yoxsulların sosial cəhətdən qəbul edilə bilən yaĢayıĢ
minimumundan, yəni yoxsulluq həddindən nə dərəcədə uzaq olduğuna dair təsəvvür formalaĢdırır. Bəzi
qruplar yüksək yoxsulluq səviyyəsinə, lakin aĢağı yoxsulluq boĢluğuna malik ola bildiyi halda (əgər
onların əksəriyyəti yoxsulluq həddindən az aĢağıdadırsa), digər qruplar aĢağı yoxsulluq səviyyəsi, lakin
yüksək yoxsulluq boĢluğuna malik ola bilər (yoxsulluq həddindən aĢağı olan fərdlər həddən artıq az
istehlak səviyyəsinə malik olduqları halda). Ona görə də bu iki qrupa kömək etmək üçün lazım olan
tədbirlər, çox güman ki, müxtəlif olacaqdır.
27. Sonda qeyd etmək lazımdır ki, bütün qiymətləndirmələr standart xətaların hesablanması sahəsində
sorğunun formalaĢdırılmıĢ mexanizmini əhatə edir. Yoxsulluq səviyyələrinə dair məlumatların
verilməsindən əlavə, lazım olduğu zaman yoxsulluq profili də verilmiĢ zaman kəsiyində yoxsul və çox
yoxsul insanların sayını əks etdirir.