Azərbaycan


Yoxsulluq hədlərinin qiymətləndirilməsi



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə248/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   244   245   246   247   248   249   250   251   252
Yoxsulluq hədlərinin qiymətləndirilməsi 
 
18.  Yoxsulluq profili üzrə aparılan təhlil uyğun yoxsulluq həddinin müəyyənləĢdirilməsini əhatə edir ki, 
bu  da  əsas  ehtiyacların  ödənilməsi  üçün  istehlakın  mütləq  minimumunu  əks  etdirir.  Təkcə  yoxsulluğun 
müxtəlif  səviyyələrini  deyil,  həm  də  müxtəlif  cəhətlərini  fərqləndirmək  üçün  müxtəlif  yoxsulluq 
hədlərindən istifadə edilir. SeçilmiĢ hər bir rifah növü üçün yoxsulluq həddinin müəyyən olunmasının iki 
əsas  üsulu  vardır  –  nisbi  və  mütləq.  Nisbi  yoxsulluq  səviyyələri,  adından  məlum  olduğu  kimi,  rifah 
ölçüsünün (məsələn istehlakın) ölkə üzrə ümumi bölgüsünə nisbətdə müəyyən edilir.
39
 Mütləq yoxsulluq 
səviyyələri  ev  təsərrüfatları  və  ya  fərdlərin  öz  əsas  ehtiyaclarını  qarĢılamaq  üçün  etibar  edə  biləcəkləri 
müəyyən  mütləq  standart  üzərində  qurulur.  Monetar  ölçülər  üçün  bu  mütləq  yoxsulluq  səviyyələri, 
adətən,  ərzaq  ehtiyaclarının  qiymətləndirilməsinə,  yəni,  tipik  ailənin  sağlamlığı  üçün  minimum  hesab 
olunan qida səbətinin dəyərinə əsaslanır və buraya qeyri-ərzaq ehtiyacları üzrə bənd əlavə olunur. Uyğun 
olaraq,  bu  hesabatda  yoxsulluq  hədlərinin  qiymətləndirilən  dəsti  gündəlik  adambaĢına  2267  kilokalori 
ərzaq qəbulunu (BirləĢmiĢ Millətlər TəĢkilatının Ərzaq və Kənd Təsərrüfatı TəĢkilatı tərəfindən tövsiyə 
olunmuĢdur) və qeyri-ərzaq ehtiyacları normasını təmin edir.  
 
19.    Yoxsulluğun  mütləq  konsepsiyası  yoxsulluğun  əsas  maddi  ehtiyacların  qarĢılanması  imkanının 
olmaması  kimi  qəbul  edildiyi  ədəbiyyatlarla  uyğundur  (Ravallion,  1994-cü  il).  Buna  görə  də,  aĢağıda 
təsvir  edildiyi  kimi,  yoxsulluğun  zamana  görə  ölçülməsi  üçün  nisbi  yoxsulluq  hədləri  əvəzinə  sabit 
yoxsulluq  hədlərindən  istifadə  olunur.  Nisbi  yoxsulluq  hədlərindən  fərqli  olaraq,  bu  hədlər  Azərbaycan 
əhalisinin  ən  yoxsul  iki  desilinin  istehlak  davranıĢlarına  əsaslanır  və  yoxsulluğun  zaman  keçdikcə 
dəyiĢməsinin monitorinqinə imkan verir. 
 
20.  Yoxsulluğun qiymətləndirilmələrində olduğu kimi, iki mütləq yoxsulluq həddinin – kəskin yoxsulluq 
və  ümumi  yoxsulluğun  müəyyən  edilməsində  əsas  ehtiyacların  dəyəri  (ƏED)  metodundan  istifadə 
edilmiĢdir. ƏED çərçivəsinə uyğun olaraq, yoxsulların 2008-ci il YSQS məlumatları əsasında müĢahidə 
edilən  istehlak  səbətindən  istifadə  etməklə,  aĢağı  və  yuxarı  yoxsulluq  hədləri  müəyyənləĢdirilmiĢdir. 
2008-ci il YSQS məlumatları əsasında çıxarılmıĢ mütləq yoxsulluq hədlərinə  zamana görə müqayisənin 
təmin edilməsi üçün inflyasiya üzrə düzəliĢlər edilmiĢdir. Bu iki hədd, müvafiq olaraq, çox yoxsulları və 
ümumi yoxsulları əhalinin qalan hissəsindən ayırır. Hər bir yoxsulluq həddinə ərzaq komponenti (hər iki 
hədd üçün ümumidir), üstəgəl əsas qeyri-ərzaq malları və xidmətlər norması (hər bir hədd üçün ayrıdır) 
daxildir.  
 
21.    Yoxsulluq  həddinin  ərzaq  komponenti  sorğulardan  əldə  edilən  vahidlərin  qiymətləri  ilə 
qiymətləndirilən  ərzaq  səbətinin  dəyəri  kimi  müəyyən  edilmiĢdir  ki,  burada  adambaĢına  gündəlik  2267 
kilokalori  həcmində  kalori  qəbuluna  imkan  verən  ərzaq  mallarının  miqdarının  proporsional  Ģəkildə 
sıralanması yer alır. Kalori miqdarı Ərzaq və Kənd Təsərrüfatı TəĢkilatı (FAO)/OMS/BirləĢmiĢ Millətlər 
TəĢkilatının  (BMT)  Qidalanma  üzrə  Ekspert  Qrupunun  tövsiyələrinə  əsaslanır.  Bundan  çıxıĢ  etməklə, 
yoxsulluq  həddinin  ərzaq  komponenti  2008-ci  ilin  qiymətləri  ilə  adambaĢına  ayda  34  AZN  həcmində 
qiymətləndirilmiĢdir. 
 
22.   Aşağı yoxsulluq həddi ümumi istehlakı ərzaq üzrə yoxsulluq həddinə bərabər olan Ģəxslərin adətən 
istehlak etdikləri qeyri-ərzaq malları və xidmətlərin qiyməti ilə yoxsulluq həddinin ərzaq komponentinin 
cəmlənməsi  yolu  ilə  müəyyən  edilir.  Əgər  yalnız  ərzaq  tələbatlarını  ödəyə  bilən  ev  təsərrüfatları  digər 
istehlak mallarını almaq üçün ərzaqdan imtina edərlərsə, bu qeyri-ərzaq malları əsas ehtiyac malları hesab 
edilə bilər. Beləliklə, kəskin yoxsulluq həddi ərzaq və digər əsas ehtiyac qeyri-ərzaq  mallarının cəmidir. 
Fərdlərin istehlakı böyüklər üçün olan ekvivalentdə kəskin yoxsulluq həddindən aĢağı olduqda onlar çox 
yoxsul kimi təsnifatlaĢdırılır. 2008-ci ilin qiymətləri ilə aĢağı yoxsulluq həddi adambaĢına ayda 49.3 AZN 
həcmində qiymətləndirilmiĢdir. 
 
                                                 
39
  Avropa  Birliyində  də  (Laeken)  yoxsulluq  hədləri  ölkə  üzrə  vergilərin  ödənilməsi,  həmçinin,  ev  təsərrüfatlarının 
ölçüsü  və  tərkibi  üzrə  düzəliĢlərin  edilməsindən  sonra  ev  təsərrüfatlarının  median  gəlirinin  60  faizi  kimi  müəyyən 
edilir. 


145 
 
23.      Yuxarı  yoxsulluq  həddi  ərzaq  istehlakı  yoxsulluq  həddinin  ərzaq  komponentinə  bərabər  olan  ev 
təsərrüfatları tərəfindən qeyri-ərzaq malları və xidmətlərə xərclənmiĢ məbləğin ərzaq komponentinə əlavə 
edilməsi  vasitəsi  ilə  müəyyən  edilmiĢdir.  Bu  variantda  əsas  qeyri-ərzaq  ehtiyac  mallarının 
müəyyənləĢdirilməsi daha geniĢdir. Fərdlərin istehlakı böyüklər üçün olan ekvivalentdə ümumi yoxsulluq 
həddindən  aĢağı  olduqda  onlar  (ümumi)  yoxsul  kimi  təsnifatlaĢdırılır.  2008-ci  il  qiymətləri  ilə  yuxarı 
yoxsulluq həddi adambaĢına ayda 57.75 AZN həcmində qiymətləndirilmiĢdir. 
 
24.  Sonda, ölkələr üzrə müqayisələrin təmin edilməsi və Azərbaycanın yoxsulluq üzrə Minilliyin ĠnkiĢaf 
Məqsədlərinin  monitorinq  edilməsinə  Ģərait  yaratmaq  məqsədilə  2005-ci  il  Beynəlxalq  Müqayisə 
Proqramının  (BMP)  çevirmə  faktorundan  istifadə  edilməklə  sabit  alıcılıq  qabiliyyəti  pariteti  əsasında 
adambaĢına  gündəlik  1.25  ABġ  dolları  və  2.50  ABġ  dolları  təĢkil  edən  beynəlxalq  ölçülərdən  istifadə 
olunmuĢdur. 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin