Microsoft Word 37 Hekim otorinolarinqoloq telimat



Yüklə 123,76 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.12.2016
ölçüsü123,76 Kb.
#3336
1   2   3   4
III. Hüquqlar 

 

22.   Həkim-otorinolarinqoloqun aşağıdakı hüquqları vardır: 

22.1.   klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların məlumatlarına  əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək;  

22.2.   Müvafiq    qaydalara  və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasını müəyyən etmək;  

22.3.  pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək;  

22.4.   diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;   

22.5.   zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün  

müəyyən edilmış qaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

22.6. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi,  özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

22.7.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onların rəhbərliyə  həvəsləndirmək və  tənbeh etmək  

üzrə təkliflər vermək; 

22.8.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

22.9. öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək; 

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

23.   Həkim-otorinolarinqoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 


Yüklə 123,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin