bu yazılışda f – fayl dəyişəni, ’c:\azad\aysel.txt’ isə müraciət olunan faylın
ünvanıdır.
Faylla işləmək üçün faylı açmaq lazımdır. İnformasiya daşıyıcısında artıq
mövcud olan faylı açmaq üçün
Reset(, )
prosedurundan istifadə olunur. Bu yazılışda
parametri məcburi olmayan
parametr olub, tipsiz fayllar üçün oxunan blokun baytlarla ölçüsünü bildirir. Bu
parametr verilmədikdə kompilyator avtomatik olaraq blokun həcminin 128 bayta
bərabər olduğunu qəbul edir. Qeyd edək ki, prosedurda göstərilən ada malik fayl
olmadıqda, proqramın yerinə yetirilməsi dayanır və kompilyator giriş-çıxış
xarakterli səhv haqqında məlumat verir.
Məsələn,
Reset (f);