9
1.1 Kompüterl
ə
r və
onların inkişaf tarixi
Kompüterlər
müvafiq proqram təminatı vasitəsilə
rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı
saxlanılmasını və operativ mübadiləsini təmin edən universal
qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə işləmək
üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğu-
lardır.
Kompüterlərin yaradılması və istehsalı ilə müasir
sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri hesab olunan
kompüter texnologiyası meydana gəlmişdir.
Kompüter
texnologiyası öz növbəsində bəşər tarixində analoqu olmayan
böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi tərəqqinin,
ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə
çevrilmişdir. Məhz onun sayəsində cəmiyyət öz inkişafında
yeni mərhələ hesab olunan – informasiyalaşmış vətəndaş
cəmiyyəti quruculuğuna qədəm qoymuşdur. Kompüter
texnologiyası informasiyalaşmış vətəndaş cəmiyyətinin əsas
göstəricisi olan qlobal informasiya mühitinin yaradılmasında,
informasiyanın əmtəəyə çevrilməsində,
informasiya və bilik
bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin
təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə
informasiya mübadiləsi sistemlərinin imkanlarının
genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət
səviyyəsinin artmasında aparıcı rol oynayır.
İlk kompüterlər böyük həcmli və yüksək dəqiqlik tələb
edən hesablamalar aparmaq,
hesablama proseslərini
avtomatlaşdırmaq zərurətindən yaradılmışdır
1
. Onların isteh-
salından yetmiş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu
müddət ərzində kompüterlərin istehsalı cox böyük kəmiyyət və
keyfiyyət dəyişikliyinə məruz qalmışdır.
Kompüterlər böyük
həcmli, xidmət üçün çoxsaylı yüksək ixtisaslı işçi heyəti tələb
edən və yalnız hesablama əməliyyatı aparmağa qadir olan,
1
Kompüter sözü ingilis dilindən tərcümədə hesablayıcı deməkdir.
10
istehsalı və istismarı böyük xərc tələb edən “lampalı
nəhənglərdən”
kiçik ölçülü, kütləvi istehsal edilən, maya dəyəri
az, insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmiş bir “əmək
alətinə” çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli
informasiyaları qəbul etmək, saxlamaq və emal etmək
qabiliyyəti kəskin surətdə yüksəlmiş,
onlar istifadəçi ilə
əlverişli ünsiyyət, kommunikasiya xidməti, özünü diaqnostika,
nasazlıqların aradan qaldırılması,
optik obrazların və insan
nitqinin tanınması, multimedia və s. imkanlar əldə etmişlər.
Kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı
illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və
A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə
ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper Ekkertin
rəhbərliyi altında ENIAC
1
adlı universal
kompüterin yara-
dılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix
kompüterlərin yaranma tarixi hesab olunur. Lakin, qeyd etmək
lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə
məhşur alim Allan Turinqin rəhbərliyi altında Böyük
Britaniyada yaradıldığı və ikinci dünya müharibəsində alman
məxfi məlumatlarının “oxunması” üçün istifadə edilən
«Collos»
kompüterinin olması iddia olunur.
Lakin əksər alimlər
«Collos»
kompüterinin texniki imkanlarının zəif olması
səbəbindən
onu yalnız kompüter yaradılmasında atılan
önəmli
addımlardan biri hesab edərək, “kompüter erasının” məhz
ENIAC kompüterilə başlandığını qəbul edirlər.
Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gün
də təkmilləşməkdə davam etməkdədirlər. Kompüterlərin
təkamülü beş mərhələ ilə xarakterizə olunur:
Dostları ilə paylaş: