Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə1/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
  1   2   3   4   5   6   7   8   9   ...   141



Azad İsa oğlu Qurbanov
Elçin Musa oğlu Məmmədov, 
Aygün Seyfəddin qızı Hüseynova 
 
 
 
 
 
Kompüter texnikası 
və proqramlaşdırma 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirinin 
25.02.2010 tarixli 243 saylı əmri ilə Ali 
                                                      məktəb tələbələri üçün dərs vəsaiti  kimi  
                                                      təsdiq edilmişdir.  
 
 
 
 
 
 
Bakı -2010 
 
 


Elmi redaktor:
BDU-nun “İnformatika” kafedrasının müdiri  
dosent M.S.Xəlilov 
Rəy verənlər:
Professor K.Ş.Məmmədov 
 
Dosent İ.Ə.Qurbanov 
Dosent N.S. Süleymanov 
             H.Ə.Cəfərova  
 
 
A.İ.Qurbanov, E.M. Məmmədov, A.S.Hüseynova Kompüter 
texnikası  və proqramlaşdırma-Bakı:- “Təhsil” NPM, 2010.-
169 s.: şəkilli 
 
 
 
 
 
 
Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə 
kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində 
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0 
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur
.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ÖN SÖZ 
 
Tarixən informasiyanın ifadə edilməsi və yadda 
saxlanılması  tələbatı nitqin, yazının və  təsviri incəsənətin 
yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın 
saxlanılması  və mübadiləsi  tələbatı kitab çapının və poçtun 
yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, radio və 
televiziyanın yaranması böyük mətn informasiya selinin və 
təsvirinin işıq sürəti ilə ötürülməsinə imkan vermişdir. Lakin 
bu informasiyanın məqsədyönlü işlənməsi kompüter 
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə 
yetirilirdi. 
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, 
elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin 
inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının 
tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən 
dəyişdirilməsinə,  əmək məhsuldarlığının artmasına, insanların 
əmək  şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter 
texnologiyası  həmçinin qlobal informasiya mühitinin 
yaradılmasında, informasiyanın  əmtəəyə çevrilməsində, 
informasiya və bilik bazarının yaradılmasında və inkişafında, 
təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və 
regional səviyyədə informasiya mübadiləsi sistemlərinin 
imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi 
mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.  
Kompüterlərə mexaniki və yorucu işləri həvalə 
etməklə insan yaradıcı  fəaliyyət üçün azad olunur. İstifadəçi 
kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün  dəqiq 
başlanğıc informasiyalar, səhvsiz alqoritm və  səmərəli 
proqram təminatına malik olmalıdır. Belə proqramların 
yaradılması isə kompüter texnikasının arxitekturasını  və 
funksional imkanlarını, alqoritmik dilləri bilməyi və 
proqramlaşdırma vərdişinə malik olmağı    tələb edir. Buna 


 

görə  də ali məktəblərin texniki və informasiya profilli 
fakültələrində kompüter texnikası  və proqramlaşdırma 
fənninin tədrisi və onların tədrisinin keyfiyyət və  kəmiyyət 
baxımından yüksəldilməsi müasir dövrün tələbidir. Bunun 
üçün də ilk növbədə müasir təlabata cavab verən dərslik və 
dərs vəsaitləri hazırlanmalı  və  nəşr olunaraq tədrisdə istifadə 
edilməlidir. Bu baxımdan, dosent A.İ.Qurbanovun, 
E.M.Məmmədovun və A.S.Hüseynovanın ali məktəblərin 
bakalavr təhsil pilləsi üçün birgə hazırladıqları  «Kompüter 
texnikası  və proqramlaşdırma» adlı  dərsliyi  mühüm 
əhəmiyyət daşıyır. Dərslik eyni adlı  fənnin profilinə  və 
fənn proqramına uyğun yazılmışdır. Dərslikdə kompüter 
və telekommunikasiya texnikası, kompüter şəbəkəsində 
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, 
əsas tədris alqoritmik dili hesab olunan Turbo Pascal 7.0 
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur. 
Dərslik həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh 
olunan mövzularda
 
çoxsaylı misallar, şəkillər, qrafik və 
cədvəllər verilmişdir. 
 
İsmayılova Nigar Nurəddin qızı 
 


 
5
GİRİŞ 
XX  əsrin  ən böyük kəşflərindən biri hesab edilən 
kompüter texnologiyası  bəşəriyyətə  hələ  məlum olmayan 
böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici 
qüvvəsinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 
Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, 
orada kompüter texnologiyası  tətbiq edilməsin. Bu konkret 
fəaliyyət növünü avtomatlaşdıran tətbiqi proqramlar və  
müvafiq kompüter və telekomunikasiya avadanlıqlarının 
yaradılması, informasiya şəbəkələrinin təşəkkül tapması ilə 
mümkün olmuşdur. 
Aydındır ki, kompüter texnologiyasının inkişafı  və 
tətbiqi bu texnologiyanı öz peşə  fəaliyyətində  tətbiq etməyi 
bacaran peşəkar kadrların hazırlanmasını aktual edir. Bu isə ilk 
növbədə ali və orta-ixtisas təhsilinin müasir səviyəyə cavab 
verməsini tələb edir. Yüksək səviyyəli təhsil isə müvafiq 
dərslik, dərs və metodik vəsaitlərin, texniki avadanlıqların, yeni 
elmi informasiya təminatın olmasını  tələb edir. Son illər 
ölkəmizdə  təhsilin maddi-texniki, elmi-informasiya bazasının 
möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Xüsusilə, 
müasir tələblərə cavab verən ana dilində  dərsliklərin və  dərs 
vəsaitlərinin nəşrinə xüsusi diqqət yetirilir. Azərbaycan 
təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin 
əməkdaşları  tərəfindən hazırlnmış “Kompüter texnikası  və 
proqramlaşdırma”adlı  dərslik bu sahədə atılan addımlardan 
biridir. 
Təqdim olunan dərslik ali məktəbin bakalavr pilləsi 
üçün nəzərdə tutulmuşdur. Kitab BDU-nun “Kitabxanaçılıq-
informasiya” fakültəsində tədris olunan eyniadlı fənn proqramı 
əsasında yazılmışdır.  
Dərslik iki fəsildən ibarətdir. Birinci fəsildə komputer 
texnikasının inkişaf yoluna nəzər salınır, kompüterlərin 
təsnifatı verilir. Fərdi kompüterlərin arxitekurası  və  tərkib 
 


 

hissələri haqqında məlumat verilir, fərdi kompüterlərin 
proqram təminatının təsnifatı  şərh olunur. Birinci fəsildə 
həmçinin alqoritm anlayışı, alqoritmin xassələri və strukturu 
izah olunur, alqoritmik dillər haqqında məlumat verilmiş, 
komputer  şəbəkələrinin təsnifat, topologiyası, arxitekturası, 
şəbəkə avadanlıqları şərh olunmuşdur. 
Dərsliyin ikinci fəslində  əksər dünya ölkələrində 
proqramlaşdırmanın  əsaslarını öyrətmək üçün əsas öyrədici 
alqoritmik dil kimi istifadə olunan Turbo Pascal 7.0 alqoritmik 
dili  şərh olunmuşdur. Dilin struktur elementləri-  əlifbası, işçi 
sözlər, standart adlar, identifikatorlar, ifadələr, proqramın 
strukturu, sabitlər və  dəyişənlər, onların tipləri və proqramda 
elan olunması  şərh olunmuşdur. Dilin operatorları, onların 
proqramda istifadə qaydaları misallarla izah edilmiş, prosedur 
və funksiya altproqramları, massivlər, coxluqlar, fayllar, 
obyektlər haqqında məlumat verilmişdir.  İkinci fəsildə 
həmçinin göstəricilər, modullar, standart prosedur və 
funksiyalar, dilin qrafiki imkanları mövzuları verilmişdir.  
Qeyd edək ki, müəlliflər izah etdikləri mövzuları sadə 
və geniş oxucu kütləsinin başa düşəcəyi dillə  şərh etməyə 
çalışmışlar və ümüd edirlər ki, təkcə  tələbələr deyil, geniş 
oxucu kütləsi, xüsusilə  proqramlaşdırmanın  əsaslarını 
öyrənmək istəyən hər bir şəxs bu kitabdan özü üçün maraqlı 
informasiya əldə edə biləcək. 
 



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin