17
terminallar
1
qoşulur ki, onlar vasitəsilə qəbul edilmiş 1000-dən
artıq istifadəçi məsələsini paralel olaraq eyni zamanda yerinə
yetirmək mümkün olur.
Mainfreymlər həddən artıq etibarlı kompüterlərdir.
Onların dayanmadan işləmə müddəti 12-15 il hesab olunur.
İnformasiyalar aparat
2
və proqram
3
vasitələrilə etibarlı qorunur.
Mainfreymlərin istismar xərci və maya dəyəri fərdi
kompüterlərə nisbətən dəfələrlə çoxdur. Onlara xidmət çox
saylı ixtisaslı işçi heyət – sistem proqramlaşdırıcılarından
4
,
tətbiqi proqramlaşdırıcılardan
5
, mühəndis-texniklər
6
və
verilənləri hazırlayan operatorlardan
7
ibarət kadr potensialı
tələb edir. Buna görə də onların istismarı vaxtın optimal
bölünməsi prinsipi əsasında həyata keçirilir. Belə ki, daha çox
zəhmət tələb edən və uzun sürən hesablamalar, yerinə yetirilən
məsələlərin sayı minimum olduğu gecə saatlarına planlaşdırılır.
Gündüz vaxtlarında isə mainfreym daha az zəhmət tələb edən
çoxsaylı məsələləri çoxistifadəçi rejimində icra edir. Bu
rejimdə eyni vaxtda bir neçə məsələ ilə və uyğun olaraq bir
neçə istifadəçi işləyir. Kompüter bu məsələləri paralel olaraq
yerinə yetirir.
Dostları ilə paylaş: