15
dəfələrlə yüksəldi. Böyük inteqral
sxemlərə keçid kompüterin
qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə” üzərində
asanlıqla yerləşdirməyi
mümkün etməklə birlövhəli
kompüterlərin istehsalını təmin etdi. Altair adlı ilk mikro
kompüter 1974-75-ci ildə
Intel 8080
mikroprosessoru əsasında
istehsal olundu
və bununla da insanlar ucuz, az enerji sərf
edən, istifadə üçün həddən artıq rahat
və əlavə işçi heyəti tələb
etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən
fərdi kompüterlər adlanan kompüterlər əldə etdilər. 1981-ci
ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı
və mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq
edərək fərdi kompüterlərin əsas istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən
uğurlar və müasir
proqram təminatının yaradılması sayəsində fərdi kompüterlərin
sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar
müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi
kompüterlər istehsal
edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.
Dostları ilə paylaş: