22
köçürülməsi imkanı və eyni bir
verilənlərlə müxtəlif tip
kompüterlərdə birgə işləmə imkanı asılıdır.
Aparat uyuşqanlığına görə kompüterlər, aparat
platforması adlanan anlayışa görə fərqlənirlər. Fərdi
kompüterlər sahəsində bu gün daha geniş iki aparat platforması
yayılmışdır: IBM və Apple Macintosh.
Bunlardan başqa,
yayılması ayrı-ayrı regionlarla və ya sahələrlə məhdudlaşan
digər platformalar da vardır. Kompüterlərin
eyni bir aparat
platformasına aidiyyəti, onlar arasında uyuşqanlığı artırır,
müxtəlif platformalara məxsusolma isə uyuşqanlığı azaldır.
Aparat uyuşqanlığından
başqa proqram səviyyəsində
uyuşqanlıq mühümdür. Qeyd edək,
IBM və Apple Macintosh
kompüterləri fərqli proqram təminatından istifadə edir yəni,
proqram səviyyəsində uyuşan deyil.
Dostları ilə paylaş: