30
•
IBM tipli fərdi kompüterlər üçün xüsusi olaraq
yaradılmış ISA (Industry Standardt Architecture) şini. Şinin
müsbət cəhəti sadə və çox ucuz qiymətə,
mənfi cəhəti isə
informasiya ötürməsinin aşağı sürətdə olmasıdır.
•
Yüksək sürətli qlobal EISA (Extended Industry Stan-
dard Architecture) şini. Şinin müsbət cəhəti yüksək sürətlə
buraxma qabiliyyəti, mənfi cəhəti
isə qiymətinin yüksək
olmasıdır.
•
Yüksək sürətli və ucuz qiymətli PCI (Peripheral Com-
ponent Interconnect bus) lokal şini.
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana
çıxarılmasını sürətləndirmək və mərkəzi mikroprosessoru iş
prosesində yükdən azad etmək üçün
PCI ilə müştərək funksiya
yerinə yetirən AGP lokal şini də istifadəyə buraxılmışdır.
Fərdi kompüterə əlavə qurğuların (sican, klaviatura,
rəqəmli kamera və s.) qoşulmasını sadələşdirmək məqsədilə
istifadəçilər USB lokal şinindən də geniş istifadə edirlər.
Dostları ilə paylaş: