35
işləyən istifadəçinin normal işləməsini təmin etmək üçün,
həmçinin onun iş prosesində gözünün yorulmamasını əldə
etmək üçün videoadapteri sətir-sətir genəltmə rejimində
işlətmək məqsədəuyğundur. Bu zaman kadrların dəyişmə
tezliyi 75 hersdən az olmamalıdır. Ümumilikdə isə, 100 Hs
tezlik optimal sayılır. Bəzi hallarda videoyaddaşın lazımi
səviyyədə tezliyə malik olmaması nəticəsində monitorun
ekranında göstərilən təsvir dumanlı şəkildə alınmış olur. Bu isə
videokartın lazımi səviyyədə işləməməsinə dəlalət edir.
Videoadapterin müasir proqramlar paketi ilə işləməsi
üçün o, mütləq sürətləndirmə funksiyasına malik olmalıdır.
Başqa sözlə desək, videoakselerator rolunu ifa etməlidir.
Videoadapterin belə rejimdə işləməsi mərkəzi mikropro-
sessorun yükünü azaldır, nəticədə kompüterin işləmə sürəti
çoxalır.
Sürətləndirmə funksiyası ikiölçülü (2D) və üçölçülü
(3D) sinfə bölünür. İkiölçülü sürətləndirmə rejimi bütün müasir
proqramların (ofis paketlərindən tutmuş kompüter oyunlarına
qədər) icra olunma sürətini artırmağa imkan verir. Üçölçülü
sürətləndirmə rejimində isə kompüter oyunları ilə yanaşı,
kompüterdə istifadə edilən stimulyasiya və modelləşdirmə
proqramlarının həyata keçirilməsinə şərait yaranır.
İndiki zamanda istehsal olunan müasir videoadapterlər
ikiölçülü sürətləndirmə funksiyasına malikdirlər.
Dostları ilə paylaş: