Verilənləri xaricetmə qurğuları. Verilənləri xaricetmə qurğusu kimi sənədlərin kağız və
şəffaf daşıyıcılar üzərində nüsxələrini əldə etməyə imkan verən
çap qurğuları (printerlər) istifadə olunur. Fəaliyyət
prinsiplərinə görə printerlər matrisli, lazer, işıqdiodlu və
şırnaqlı printerlərə ayrılırlar.
Matrisli printerlər. Bu printerin iş mexanizmi 1964-cü
ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib.
Çap iynəciklərdən ibarət matrislər vasitəsi ilə həyata keçirilir.
İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent
vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan
məlumatın keyfiyyəti matrisdə olan iynələrin sayından asılıdır.
Standart olaraq 9,12,14,18 və 24 iynəli matrislər mövcuddur.
Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda
da işlədilir.
Matrisli printerlərin işinin məhsuldarlığı saniyədə çap
olunan işarələrin miqdarı, sayı ilə qiymətləndirilir (cps-
characters per second). Matrisli printerlərin rejimləri bunlardır:
draft-qaralama çap rejimi, normal-adi çap rejimi və NLQ (Near
42
Letter Quality) rejimi, sonuncu rejim çap makinasının
keyfiyyətinə yaxın, çap keyfiyyətini təmin edir.