43
pyezoelektrik effekt nəticəsində silkmə ilə tullanılır. Bu metod
sferik damcıya yaxın daha stabil damcı formasını təmin etməyə
imkan verir.
Təsvirlərin çapının keyfiyyəti çox hallarda damcının
formasından və onun ölçüsündən, həmçinin maye boyayıcının
kağız üzərinə hopmasının xarakterindən asılı olur. Bu şərtlərdə
əsas rolu boyayıcının yapışqanlıq xassəsi və kağızın xassələri
oynayır.
Şırnaqlı çap qurğularının müsbət xassələrinə, nisbətən
az miqdarda hərəkət edən mexaniki hissələrini, uyğun olaraq
qurğunun sadəliyini, etibarlılığını və onun nisbətən aşağı
dəyərini də aid etmək lazımdır. Lazer printerlə müqayisədə
əsas çatışmamazlığı əldə olunmuş çap imkanının qeyri-
sabitliyidir ki, bu da ağ-qara yarımton (şəkildə açıq tondan tünd
tona keçidi təşkil edən rəng) çapda onların tətbiq edilmə
imkanlarını məhdudlaşdırır.
Bu gün şırnaqlı printerlər rəngli çapda çox geniş tətbiq
olunur. Konstruksiyasının sadəliyi sayəsində onlar dəyər
(qiymət) göstəricilərinə görə rəngli lazer printerləri ötüb
keçirlər. 600-dpi-dən yuxarı çap imkanında onlar fotokimyəvi
metodlarla alınmış rəngli təsvirlərin keyfiyyətindən üstün olan
rəngli şəkillər əldə etməyə imkan verirlər. Şırnaqlı printeri
seçdikdə bir şəklin, yazının çap dəyəri, qiyməti parametrini
hökmən nəzərə almaq lazımdır. Əlavə olaraq, şırnaqlı çap
qurğularının qiyməti lazer printerlərindən nəzərəçarpacaq
dərəcədə aşağıdır. Onlarda bir şəklin, yazının çap dəyəri,
xüsusi kağız lazım gəldiyindən on dəfələrlə yüksək ola bilər.
Dostları ilə paylaş: