Lazer printerləri. Lazer printerlərində çap 1938-ci ildə
Çester Karlson tərəfindən ixtira edilən lazer vasitəsi ilə həyata
keçirilir. Nəticədə təsvir daha dəqiq olur və printer daha sürətli
işləyir. Bu texnologiyanı 1972-ci ildə Xerox şirkəti tətbiq edə
bildi. EARS adlanan ilk lazer printerini istehsal etdi. Lazer
printerləri yüksək çap keyfiyyətini təmin edir, bir çox hallarda
isə poliqrafik çapı da ötüb keçir. Onlar, həmçinin yüksək
çapetmə sürətilə fərqlənirlər. Matrisli printerlərdə olduğu kimi,
yekun təsvirlər ayrı-ayrı nöqtələrdən formalaşır.
Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar
aiddir:
•
düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per
inch-düymdə nöqtələr)
•
məhsuldarlıq (dəqiqədə səhifələr);
•
istifadə olunan kağızın formatı;
•
özünün operativ yaddaşının həcmi.
Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli
təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər
600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər
1800 dpi çap imkanını təmin edir.