53
İstənilən bir məsələni kompüterdə həll edərkən çoxsaylı
elementar əməliyyatları yerinə yetirmək tələb olunur.
Əməliyyatlar sistemi belə elementar, amma mürəkkəb
əməliyyatları kompüterin daxilində olan qurğularda həll edərək
bütün iş prosesini istifadəçidən gizli saxlayır, istifadəçiyə
kompüterdə işləmək üçün əlverişli interfeys yaradır.
İstifadəçiyə təklif etdiyi işçi interfeysinə görə əməliyyatlar
sistemləri əmr və qrafiki interfeysli əməliyyatlar sistemlərinə
bölünür. Əmr interfeysli əməliyyatlar sistemlərində hər bir
əməliyyat müvafiq əmri klaviaturadan daxil etməklə yerinə
yetirilir.
Qrafiki əməliyyatlar sistemində əmrlər əsas və kontekst
menyu sistemi, alətlər panelləri və dialoq pəncərələri
1
vasitəsilə
yerinə yetirilir. Qrafiki əməliyyatlar sistemi daha rahat və sadə
işçi interfeysinə malikdir. İlk qrafiki əməliyyat sistemi 1983-cü
ildə Apple firmasında Apple PC kompüterləri üçün hazırlanmış
Macintosh
2
əməliyyatlar sistemi olmuşdur. İBM PC tipli
kompüterlər üçün isə ilk qrafiki əməliyyatlar sistemi Windows-
95 əməliyyatlar sistemi hesab olunur. Hal-hazırda bu tip
kompüterlərdə Windows ailəsindən olan Windows-
98/2000/Xp
3
, Windows Vista və Linux əməliyyatlar
sistemindən istifadə edilir.
Dostları ilə paylaş: