Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə44/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   40   41   42   43   44   45   46   47   ...   141
İnstrumental sistemlər 
İnstrumental sistemlər yeni sistem və  tətbiqi proqram 
vasitələri yaratmaq üçün istifadə edilir. İnstrumental sistemlər 
maşın dilindən fərqli və istifadəçi üçün asan olan alqoritmik 
dillərdə işləməyi təmin edir. 
Kompüter yalnız maşın dilini başa düşdüyü üçün 
alqoritmik dildə yazılan proqram icra prosesindən qabaq 
mütləq maşın koduna çevrilməlidir. Bu məqsəd üçün 
instrumental sistemlər qrupuna daxil olan translyator adlanan 
proqramlar kompleksindən istifadə olunur. 
Translyatorun işi iki üsulla təşkil oluna bilər: 
interpretasiya və kompilyasiya yolu ilə. Buna uyğun olaraq çox 
vaxt translyatoru interpretator və ya kompilyator adlandırırlar. 
Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif 
üsullarla emal olunmasıdır.  
İnterpretator proqramın  operatorlarını bir-bir təhlil edir 
və onu bütövlükdə operativ yaddaşa yükləyir. Nəticədə 
proqramın işləmə vaxtı  uzanır.  Bu isə  fərdi kompüterdən 
istifadə edən istifadəçi üçün əlverişli deyil. 
Kompilyator isə bütün proqramı maşın koduna 
çevirərək mövcud səhvlər haqqında məlumatları vaxtında 
istifadəçiyə çatdırır. Burada operatorların təhlil edilməsi və 
maşın koduna çevrilməsi birdəfəlik aparılır. Odur ki, 
kompüterin işləmə sürəti artır, proqramın icra olunması 


 
56
prosesdən asılı olmur. Nəticədə proqramın operativ yaddaşa 
yüklənməsinə ehtiyac duyulmur, operativ yaddaşdan digər 
məqsədlər üçün istifadə etməyə imkan yaranır. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin