54
Xidməti proqramlar kompüterin aparat hissəsinin işinə
nəzarət edir, kompüterdə baş verən nasazlığı və onun
harada
baş verdiyini aşkar edir, əməliyyatlar sisteminin əvvəlki
vəziyyətinin bərpa olmasını, icra zamanı qarşıya çıxan səhvləri
düzəltməyə, sərbəst proqram modulları arasında qarşılıqlı
əlaqəni təmin etməyə, disklərin formatlaşdırılmasına, CD və
DVD disklərinə yazılması və sairə bu
kimi texnoloji işlərin
həyata keçirilməsinə imkan verir.
Xidməti proqramlar qrupuna interfeys proqramları,
diaqnostika, antivirus və şəbəkəyə xidmət, arxivləşdirmə
proqramları, drayverlər aiddir.
İnterfeys proqramları əməliyyatlar sistemi ilə birgə
fəaliyyət göstərərək istifadəçiyə daha
sadə və rahat interfeys
təqdim edir. Məsələn, MS-DOS əməliyyatlar sistemi üçün
Norton Commander (NC)
1
, 1985-ci ildə isə Windows 1.0,
1990, 1992, 1993-cü illərdə Windows 3.0/3.1/3.11 qrafiki
proqram örtükləri
2
yaradılmışdı.
Diaqnostika proqramları kompüterin qurğularını
diaqnostika edərək yaranan nasazlıqları aşkar edir və imkan
daxilində aradan qaldırmağa xidmət göstərir. Məsələn, maqnit
disklərin diaqnostikası üçün
Scandisk, Norton Disk Doctor
(NDD), diskin defraqmentləşdirilməsi üçün
Defrag, Speed
Disk, diskdən ləğv olunmuş fayl və qovluqların bərpası üçün
Easy Recover, Tiramisu, Drive Rescue proqramlarından
istifadə etmək olar. CD və DVD disklərinə yazılma
proqramları diskin surətinin alınmasını,
multimedia disklərin,
avtomatik yüklənən proqram disklərin hazırlanmasını və s.
texnoloji əməliyyatları yerinə yetirirlər. Bu tip proqramlara
RegCleaner, Customizer XP Easy CD Creator, WinOnCD,
1
Bu örtüyün işləmə mahiyyəti ondan
ibarətdir ki, klaviaturanın müəyyən
düymələrini basmaqla bu və ya digər əmri yerinə yetirmək mümkündür.
2
Məhz onları ilk qrafiki əməliyyat sistemi olan Windows-95-in (1995-ci il)
sələfi hesab etmək olar.
55
Nero Burning ROM, Direct CD və s. proqramları gostərmək
olar.
Arxivləşdirmə proqramları faylları xüsusi
riyazi
alqoritm əsasında sıxaraq daha kiçik həcmdə, bir və ya bir neçə
arxiv faylında saxlayır. Hal-hazırda faylları arxivləşdirmək
üçün ARJ, ZIP, WINZIP, RAR, WINRAR proqramlarından
istifadə edilir.
Antivirus proqramları isə kompüterin virusa
yoluxmasının qarşısını alır, vaxtaşırı faylları yoxlayır və
onlarda əmələ gəlmiş virusları aradan qaldırır.
Dostları ilə paylaş: