Ulduz-ulduz şəbəkələr.
Ulduz şəbəkələri konsentratorlar
vasitəsilə birləşərək ulduz-ulduz topologiyası yaradırlar
(şək.12).
Şək.13.
1.7.3 Şəbəkənin məntiqi arxitekturası
Protokollar informasiyanın necə paketlənəcəyini, istifadə
ediləcəyini və şəbəkə üzərindən necə göndəriləcəyini müəyyən
edir və onun təhlükəsizliyini təmin edir. Yəni protokollar
informasiyanın ötürülməsi qaydalarıdır.
Şəbəkədəki
72
kompüterlər, serverlər bu qaydalar çərçivəsində hərəkət edərək
informasiyanı ötürürlər.
Məntiqi arxitekturaya misal olaraq ISO tərəfindən
hazırlanmış 7 təbəqəli OSI (Open System InterConnect)
modelini göstərmək olar. OSI modeli səbəkənin bütün
funksiyalarını bir araya cəmləyərək onları təbəqələrdə
qruplaşdırır.
OSI təbəqələri və onların təyinatları aşağıdakı kimidir:
1.
Fiziki təbəqə - elektrik və mexanik xüsusiyyətləri
müəyyən edir.
2.
İnformasiya Əlaqəsi - informasiyanın bir nöqtədən
digərinə göndərilməsi və çərçivələrə bölünməsini müəyyən
edir.
3.
Şəbəkə təbəqəsi - informasiya paketinin təyin olunmuş
son nöqtəyə çatdırılmasını təmin edir. Bu məqsədlə düyünlərə
“şəbəkə ünvanı” adlanan nömrələr verilir. Bundan sonra isə
istifadə olunan protokol sayəsində informasiya təyin olunmuş
ünvana çatdırılır.
4.
Nəqliyyat təbəqəsi - bütün informasiyanın etibarlı
şəkildə çatdırılması və yaranmış xətaların aşkar edilməsini
təmin edir.
5.
Sessiya təbəqəsi - şəbəkədəki iki istifadəçi arasındakı
əlaqənin yaradılması, idarə olunmasını təmin edir.
6.
Təqdimat təbəqəsi - tərcümə, kodlama və dekodlama,
informasiyanın sıxılmasını və açılmasını, mesajı göndərənin
müəyyən edilməsi və təsdiqlənməsini təmin edir.
7.
Tətbiq təbəqəsi - Şəbəkə resurslarına müraciəti təmin
edir. Bu səviyyə üçün faylların göndərilməsi, elektron
məktublaşma, şəbəkənin idarə olunması, terminal protokolları
kimi sistemlər inkişaf etdirilmişdir.
Hər bir OSI təbəqəsi özündən əvvəlki təbəqələri
dəstəkləyir.
|