338
dili, mətn informasiyanın emalı üçün 1962-ci ildə Snobol
1
, 1969-ci ildə çoxluqlar
üzərində əməliyyatlar aparmaq üçün SETL dili yaradılır.
Üçüncü nəsil kompüterlərin yaranması, universal alqoritmik dillərin
yaradılması məsələsini qarşıya qoydu. Bu cür dillərin yaradılması üçün edilən
cəhdlərdən biri nəticəsində İBM firması tərəfindən PL/1 (Programming-
Language/1-proqramlaşdırma dili-1) dili yaradılır. Bu dil Fortran, Alqol və Cobol
dillərinin əsasında yaradılmış və bu dillərin üstünlüklərini özündə birləşdirmişdi.
1968-1970-ci illərdə İsveçrə ali politexnik məktəbinin informatika
institutunun direktoru, Türinq mükafatı laureatı, professor Niklaus Virt tərəfindən
Nikuls Virt tərəfindən Paskal
2
dili yaradılır. Bu dil struktur proqramlaşdırma
ideyasının, yəni proqramın kiçik, dəqiq təyin edilmiş prosedurlardan tədricən
qurulması ideyasının həyata keçirilməsini təmin edən ilk dildir. Bütün alqoritmik
dillərdə olduğu kimi, Pascal dilinin də hazırda çox versiyaları var. Turbo-Pascal
alqoritmik dili-bu versiyalardan biridir və fərdi kompyuterlərdə çox geniş tətbiq
olunur.
1983-cü ildə Pentaqonda Ada
3
dili yaradılır. Bu dil əsasən hərbi və böyük
sənaye layihələrinin yaradılmasında istifadə edilir. Dil birinci proqramlaşdırıcı –
qrafinya Ada Lavlaysın şərəfinə adlandırılmışdır. 1972 -ci ildə Kreniqan və Ritçi
tərəfindən C dili, 1986-cı ildə onun bazasında Brayn Straustrup tərəfindən
problem yönümlü C
++
dili yaradılır. C/C
++
dili-universal dil olub, sistem
proqramlarının yaradılmasında, o cümlədən geniş yayılmış UNİX əməliyyat
sistemi üçün kodların yazılmasında geniş istifadə olunur. 1995-ci ildə Sun
Microsystems kompaniyasında Java dili yaradılır. Qeyd etdiyimiz dillərdən başqa
dillər də mövcuddur və bu dillərin yaradılması prosesi davam etdirilir.
XX əsrin 90-cı illərindən başlayaraq Web proqramlaşdirma dilləri meydana
gəldi.
Web proqramlaşdirma dilləri Web səhifələrin idarə olunmasında istifadə
olunur. Onlara misal olaraq HTML, XML, JavaScript, VbasicScript, Perl, Payton
göstərmək olar.
Dostları ilə paylaş: