Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə56/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   52   53   54   55   56   57   58   59   ...   141
Sabitlər və  dəyişənlər. Hər bir proqram kompyuterdə yerinə yetirilən 
zaman verilənlər üzərində müəyyən  əməliyyatlar aparır. Verilənlər iki yerə - 
sabitlərə və dəyişənlərə bölünür: 
Dəyişənlər proqramın yerinə yetirilməsi prosesində müxtəlif qiymətlər alan 
adlı kəmiyyətlərə deyilir
2
.  
     Dəyişənlərdən fərqli olaraq sabitlər  əvvəlcədən məlum olan və proqramın 
yerinə yetiriləcəyi müddətdə  dəyişməz qalan kəmiyyətlərdir. Sabit və  dəyişənlərə 
onların adları ilə müraciət olunur. Sabitlər və  dəyişənlər müəyyən tipə malikdir.  
Tip verilənin kompyuterin yaddaşındakı ifadə forması ilə  təyin edilir və onun 
qiymətlər oblastını, onunla aparılan əməliyyatlar coxluğunu müəyyən edir. Sabitlər 
adsız və adlı  kəmiyyət kimi proqramda istifadə oluna bilər. Adlı sabitlər və 
dəyişənlərin tipi mütləq proqramın təsvir bölməsində elan edilməlidir. Bu zaman 
sabitin tipi aşkar  şəkildə proqramlaşdırcı    tərəfindən verilə bilər.  Əks halda 
kompilyator sabitin tipini onun qiymətinə əsasən müəyyən edə bilər.  
                                                 
1
 Cüt simvollar arasında probel işarəsinin qoyulması yolverilməzdir. 
2
 Hər bir dəyişən proqram daxilində unikal ada malik olur. 


 
340
Adsız sabitlər və adlı sabitin aldığı qiymət kimi Turbo Pascal dilində tam
həqiqi, onaltılıq  ədədlər, məntiqi 
FALSE
 (yalan) və ya 
TRUE
 (doğru) sözləri, 
simvollar, sətirlər, çoxluq konstruktorları
1
 və qeyri-müəyyən göstərici əlaməti olan 
NIL
2
 istifadə edilə bilər. Tam ədədlər adi qayda ilə işarə və ya işarəsiz yazılır və -
2147483648-dən +2147483647-dək qiymətlər ala bilər. Həqiqi ədədlər işarə və ya 
işarəsiz, adi və    və ya eksponensial formada yazılır. Kəsr hissə onluq nöqtədən 
sonra yazılır. Eksponensial hissə e (E) simvolu ilə başlayır, ondan sonra «+» və ya 
«-» işarəsi gələ bilər və onluq tərtib verilir. Məsələn, 0.0015 və 1.5E-3 (yəni 
1,5·10
5
) yazılışları ekvivalentdir. Onaltılıq  ədədlər, qarşısında $ işarəsi olan 
onaltılıq say sisteminin ədədləridir. Onlarıın dəyişmə diapazonu $00000000-dan 
$FFFFFFFF-ə qədərdir. Simvollar apastrof işarələri arasında yazılır. Məsələn, 'D', 
'R', '12', və  s.    Sətirlər isə apastrof işarələri arasına alınan ixtiyari simvollar 
ardıcıllığıdır
3
. Məsələn, 'Azad Qurbanov'. Sətirdə heç bir simvol verilməzsə, belə 
sətir boş  sətir adlanır. Çoxluq konstruktoru - kvadrat mötərizə daxilində verilən 
çoxluq elementlərinin siyahısıdır. Məsələn, [1,2,3. .8,12], [Aysel. Turqut],  [   ], 
[İnformatika] və s. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin