Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə58/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   54   55   56   57   58   59   60   61   ...   141
2.3.
 
Proqramın strukturu 
 
 
Turbo Pascal dilində yazılmış proqram struktur proqramlaşdırmanın 
prinsiplərinə  əsaslanmalı, dilin semantikası  və sintaksisinə uyğun olmalıdır. 
Proqramın  əsas keyfiyyət göstəriciləri nəticənin dəqiqliyilə, yerinə yetirilmə 
vaxtının, tələb olunan yaddaşın həcminin minimum olması ilə xarakterizə olunur. 
 
Turbo Pascal dilində yazılmış proqram, maksimal uzunluğu 127 simvoldan 
az olan sətirlərdən ibarətdir. Sətirlər istənilən mövqedən başlaya bilər və bu zaman 
istifadə olunan operatorların sayı üzərinə  məhdudiyyət qoyulmur. Ümumiyyətlə, 
proqramın yazılışı üzərinə qoyulan əsas tələb onun oxunaqlı olmasıdır. 
 
Turbo Pascal dilində yazılmış proqram standart struktura malik olub,  təsvir, 
prosedur və funksiya, icraedici blokdan ibarətdir. Proqramda təsvir, prosedur və 
funksiya blokları proqramın təsvir etdiyi alqoritmindən asılı olaraq iştrak edə bilər. 
Lakin, proqramda icraedici blokun olması  zəruridir.  Əks halda proqramın mənası  
olmaz. 
                                                 
1
 Bax: Funksiyalar 
2
 Bax: Operatorlar 


 
342
 
Təsvir bloku öz növbəsində  zəruri olmayan başlıqdan,  kompilyatorun 
qlobal direktivlərinin, modulların, nişanların, sabitlərin, istifadəçi tiplərinin və 
dəyişənlərin elan bölmələrindən ibarətdir. Qeyd edək ki, standart Pascal-dan fərqli 
olaraq Turbo Pascalda elan olunma ixtiyari ardıcıllıqla həyata keçirilə bilər.  
Proqram başlığı  hər bir proqramın  əvvəlində yazılır. Başlıq 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin