Uses Graph;
yazılışı proqrama
Graph modulunun qoşulmasını
təmin edir. Bununla
Graph modulunda müxtəlif həndəsi fiqurların çəkilməsi üçün
nəzərdə tutulmuş 50 prosedur və funksiyadan müraciət etmək mümkündür.
Turbo Pascal dilində hər bir operatordan əvvəl nişan qoymaq olar. Nişan
identifikatordan və ondan sonra gələn iki nöqtədən ibarətdir və proqramın istənilən
yerindən həmin nişandan istifadə etməklə onun aid olduğu operatora müraciət
etmək olar. Proqramda istifadə olunan bütün nişanlar təsvir blokunda elan
olunmalıdır. Təsvir blokunda nişanların elan olunması
Label işçi sözü ilə başlayır
və bu sözdən sonra nişanlar aralarında vergül qoyulmaqla sadalanılır: