1.7.2. Şəbəkə topologiyası
Topologiya termini ilə şəbəkənin strukturu - kompüter,
server, periferiya qurğuları və digər şəbəkə komponentlərinin
yerləşmə sxemi ifadə olunur. Şəbəkə qurğularının növlərindən
və xarakteristikalarından, şəbəkənin genişlənmə imkanlarından,
şəbəkənin idarəetmə üsulundan asılı olaraq şəbəkə əsasən 3
baza topologiyası:
•
xətti (bus)
•
ulduz (star)
67
•
halqa (ring)
və onların kombinasiyaları olan
•
xətti-ulduz
•
ulduz-halqavari
əsasında yaradılır.
Xətti topologiya
. Bu topologiya sadə və ən geniş yayılmış
topologiyadır. Şəbəkədə kompüterlər, serverlər, periferiya
qurğuları magistral və ya seqment adlanan vahid kabelə ardıcıl
olaraq qoşulur (şək. 8).
Şəkil 8.
Kabelin başlanğıc və sonunda siqnalın sönməsi üçün
terminatorlar yerləşdirirlər.
Fayl şəklində saxlanılan informasiyanın həcmi 4
1
кб -
dən artıq olduqda informasiya ötürülməzdən əvvəl kompüter
onu paket və ya kadr adlanan kiçik bloklara bölür. Hər paket
aşağıdakı struktura malik olur:
•
başlıq
•
verilənlər
•
treyler
Başlıq informasiya ötürücüsünün və alıcısının
ünvanlarını, paketin ötürülməsi və vahid fayl şəklində
birləşməsi haqda məlumatı daşıyır. Verilənlər ötürülən fayl
fraqmentidir və həcmi 4 kb-dan çox olmur. Treyler özündə
paketin ötürülməsinin korrektliyini yoxlayan və şəbəkə
68
komponentləri arasında əlaqə üsulundan asılı olaraq digər
məlumatları daşıyır.
Paket elektrik siqnalı şəklində magistral boyu ötürülür.
Bu zaman paketi yalnız ünvanı başlıqda daşıdığı informasiya
alıcısının ünvanına uyğun gələn kompüter qəbul edir. Qəbul
edici kompüter başlıqdakı təlimatı uyğun olaraq paketləri vahid
fayl şəklində birləşdirir və bu zaman treyler bu prosesin
korrektliyini yoxlayır.
İki kompüter eyni zamanda informasiya ötürə bilərmi?
Belə hadisəyə kolloziya hadisəsi deyilir (yəni paketlərin toq-
quşması). Bunun qarşısını almaq üçün kolloziyanı müəyyən
etmək və kolloziyanı dəf etmək istifadə üsullarını tətbiq etmək
olar. Kolloziyanı müəyyən etmək istifadə üsulunun mahiyyəti
ondan ibarətdir ki, kompüter və ya server magistralın informa-
siya ötürülməsi üçün boş olduğunu müəyyən edir, sonra infor-
masiyanı ötürür və bu zaman digər kompüterlərdən heç biri in-
formasiya ötürə bilməz. Lakin, kabelin uzunluğu 2500 m-dən
artıq olduqda magistralda siqnalın zəifləməsi nəticəsində kol-
loziya hadisəsini müəyyən etmək prosesi çətinləşir.
Digər üsulu tətbiq etdikdə hər bir kompüter informasiya
ötürməzdən əvvəl bu haqda xəbərdarlıq siqnalı ötürür və digər
kompüterlər bu siqnalları qəbul edərək informasiya ötü-
rülməsini müvəqqəti olaraq təxirə salır. Bu üsulun tətbiqi
şəbəkənin məhsuldarlığını (işləmə sürətini) azaldır.
Xətti şəbəkə passiv şəbəkədir. Belə ki, kompüterlərdən
biri sıradan çıxarsa, şəbəkə işini davam etdirəcək. Şəbəkə yal-
nız magistral bu və ya digər səbəbdən xarab olarsa işləmə-
yəcək. Şəbəkəni genişləndirmək zərurəti olduqda, magistralı
uzatmaq üçün borel-konnektordan istifadə etmək olar. Lakin,
bu ucuz başa gəlsə də, elektrik siqnalının sönməsi nəticəsində
çoxsaylı borel-konnektorlardan istifadə heç də həmişə effektiv
olmur. Şəbəkədə ayrı-ayrı kabel seqmentlərini birləşdirmək
üçün repiterdən istifadə məqsədə uyğundur. Repiter konnek-
69
tordan fərqli olaraq siqnalı digər seqmentə ötürməzdən əvvəl
siqnalı gücləndirir və sonradan ötürür.
Ulduz şəbəkəsi
. Ulduz şəbəkəsində (şək. 9) bütün
kompüterlər kabel seqmentləri vasitəsilə mərkəzi konsentratora
(hub) qoşulur. Bu kabel sərfini artırır və mərkəzi konsentra-
tor sıradan çıxdıqda şəbəkə öz fəaliyyətini dayandırır.
Kompüterlərdən biri sıradan çıxarsa və ya kabel seqmenti
aralanarsa yalnız həmin kompüter informasiya mübadiləsi
etməyəcək.
Şək.9.
Konsentratorlar passiv və aktiv olur. Aktiv konsentrator
repitor kimi siqnalı qəbul edib gücləndirir. Passiv konsentrator-
lar (məsələn montaj panelləri, kommutasiya blokları və s.)
yalnız siqnalı qəbul edib ötürmək funksiyasını yerinə yetirirlər
və onları aktiv konsentratorlardan fərqli olaraq qidalanma
mənbəyinə qoşmağa ehtiyac yoxdur.
Halqa.
Bu topologiyada kompüterlər qapalı halqa təşkil
edən kabelə qoşulur. Xətti topologiyadan fərqli olaraq kabelin
sərbəst ucları olmadığından terminatorlardan istifadəyə ehtiyac
qalmır (şək.10).
70
Şək.10.
Şəbəkənin hər bir kompüteri repitor rolu oynayır, yəni
siqnalı qəbul edir, gücləndirərək digər kompüterlərə ötürür.
Buna görə də kompüterlərdən biri sıradan çıxarsa bütün şəbəkə
öz fəaliyyətini dayandıracaqdır. İnformasiya aşağıdakı
prinsiplə ötürülür: şəbəkə fəaliyyətə başlayan kimi marker
yaranır və ardıcıl olaraq halqa boyu bir kompüterdən digər
kompüterə ötürülür. İnformasiya ötürməyə hazırlaşan kompüter
markeri qəbul edib, onu informasiya sahibinin ünvanı ilə,
verilənlərlə tamamlayır. Markeri qəbuledici kompüter qəbul
edib, verici kompüterə təsdiqedici məlumat göndərir. Bundan
sonra informasiya göndərən kompüter yeni marker yaradaraq
şəbəkəyə ötürür. Markerin ötürülməsi praktiki olaraq işıq
sürətilə yayılır. Belə ki, 200 m diametrli halqada marker 10000
dövr/san tezliyi ilə dövr edir.
Ulduz-xətti
. Bu topologiya «ulduz» və «xətti»
topologiyaların kombinasiyasıdır (şək. 11). Adətən bir neçə
«ulduz» topologiyalı şəbəkəni magistral kabel vasitəsilə xətti
şəkildə birləşdirirlər. Şəbəkənin kompüterlərindən hər hansı
birinin xarab olması bütövlükdə şəbəkənin işləməməsinə səbəb
olmayacaq. Konsentratorlardan biri və ya bir neçəsi sıradan
çıxdıqda isə şəbəkənin yalnız müəyyən hissəsi- həmin
konsentratora qoşulmuş kompüterlər və konsentratorlar öz
fəaliyyətini dayandıracaqdır.
71
Şək.11.
Dostları ilə paylaş: |