66
•
Ötürüləcək informasiya bloklarının
maksimal ölçüsü
•
İnformasiyanın həcmi
•
İnformasiya bloklarının ötürmə intervalı
•
Təsdiqedici
interval
•
Ötürmə sürəti.
Bundan sonra informasiya elektrik və ya optik siqnalına
çevrilir və informasiya kabeli vasitəsilə şəbəkənin digər
kompüterinə ötürülür.
Hər bir şəbəkə platası unikal
ünvana və parametrlərə
malik olur. Şəbəkədə hər bir plata bu haqda qarşılıqlı məlumata
malik olur və parametrləri digər şəbəkə platasının parametrinə
müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn,
şəbəkədə yüksək sürətli plata informasiya
mübadilə sürətini
digər plataların sürətinə uyğunlaşdırır.
İnformasiya mübadiləsində şəbəkə platası mühüm rol
oynadığından
şəbəkənin fəaliyyəti, sürəti platanın
seçilməsindən, düzgün quraşdırılmasından
və ona uyğun pro-
qram modullarından (məsələn drayverindən) çox asılıdır. Plata
ilk növbədə kompüterin arxitekturasına və ona qoşulacaq
kabelə uyğun olmalıdır.
Qeyd edək ki, rabitə xəttlərsiz lokal
şəbəkələrdə xüsusi növ şəbəkə platasından istifadə olunur. Bu
platalar siqnal ötürücü və qəbuledici antenaya malik olurlar.
Dostları ilə paylaş: