62
qorunması funksiyalarını həyata keçirir. Şəbəkədə bir və ya bir
neçə server ola bilər. Məsələn, şəbəkədə fayl serverlə yanaşı
kommunikasiya, verilənlər bazası serveri və s. ola bilər.
Şəbəkəyə qoşulmuş digər kompüterlər klient və ya işçi yerlər
adlanır. İşçi yerləri bu və ya digər xüsusiyyətlərinə görə vahid
qrupda- işçi qrupda birləşirlər. Hər bir işçi qrup serverdə
qeydiyyatdan keçir. Bu isə informasiya ehtiyatlarının
axtarılmasını və qorunmasını asanlaşdırır.
Kombinə edilmiş şəbəkələr özündə bir ranqlı və serverli
şəbəkələrin ən yaxşı keyfiyyətlərini birləşdirir və geniş tətbiq
dairəsinə malikdir. Adətən bu tip şəbəkələrdə bir neçə
əməliyyatlar sistemi birgə istifadə olunur. Belə ki, serverlərdə
Windows NT, Windows Server, işçi stansiyalarda Windows
9x,Windows NT Workstation, Windows XP, Windows Vista
əməliyyatlar sistemləri istifadə oluna bilər.
Qlobal
şəbəkələr çox geniş ərazidə (şəhər, ölkə və s.)
fəaliyyət göstərən, bir-birilə qarşılıqlı əlaqəli, ayrı-ayrı
kompüterlər və lokal şəbəkələr şəbəkəsindən ibarətdir. Qlobal
şəbəkələrin ən bariz nümunəsi İNTERNET beynəlxalq infor-
masiya şəbəkəsidir.
Dostları ilə paylaş: