2. Əl skanerləri . Əl skanerlərinin iş prinsipi əsasən
planşetli skanerin iş prinsipinə uyğun gəlir. Fərq onunla
bağlıdır ki, skanerləşmənin müntəzəmliyi və dəqiqliyi qeyri-
qənaətbəxş təmin olunur. Əl skanerinin, skanerəetmə imkanı
150-300 dpi-dən ibarətdir. 3. Barabanlı skaner . Bu tip skanerlərdə skanerləşmə
üçün nəzərdə tutulan əsas material yüksək sürətlə fırlanan
barabanın silindrik səthinə bərkidilir. Bu tip qurğu fotoelektron
artırıcıları sayəsində ən yüksək skanerəetmə imkanı (2400-
5000 dpi aralığında) təmin edirlər. Onları yüksək keyfiyyətə
malik olan ilkin təsvirlər üçün istifadə edirlər, lakin onlar az
xətti ölçüyə (fotoneqativlər, slaydlar və b.) malik olan təsvirlər
üçün yaramır.