41
Forma skanerlərindən skanirləşmənin
yüksək dəqiqliyi
tələb olunmur.
5. Ştrix-kod skanerlər.
Əl skanerlərinin bu növü, ştrix-
kod şəklində kodlaşmış verilənlərin
daxil edilməsi üçün
nəzərdə tutulmuşdur. Belə qurğular pərakəndə ticarət
şəbəkələrində geniş tətbiq olunurlar.
Qrafiki planşetlər (dicitayzerlər).
Bu
qurğular qrafiki
informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Qrafiki
planşetlərin fəaliyyətinin bir neçə müxtəlif prinsipləri vardır,
lakin onların hamısının əsasında
planşetə nəzərən xüsusi
qələmin yerdəyişməsinin qeydiyyatı durur. Belə qurğular
rəssamlar və illüstratorlar üçün əlverişlidir. Çünki,
bu onlara
ənənəvi alətlər (karandaş, pero, fırça) vasitəsilə qazanılmış adi
(adət halını almış) qaydalarla ekran təsvirlərini yaratmağa
imkan verir.
Dostları ilə paylaş: