Xüsusi manipulyatorlar. Adi siçan qurğusundan
başqa, digər manipulyator tipləri də vardır. Məsələn:
trekbollar, penmauslar, infraqırmızı siçanlar .
Trekbol siçan qurğusundan fərqli olaraq stasionar
qaydada quraşdırılır və onun kürəciyi əlin ovucu ilə qaydaya
salınır (nizamlanır). Trekbolun üstünlüyü ondan ibarətdir ki,
onun hamar işçi müstəviyə ehtiyacı olmur, ona görə də
trekbollar portativ (yığcam) fərdi kompüterlərdə geniş tətbiq
olunur.
Penmaus özündə diyircəkli avtomat qələmin analoqunu
ifadə edir, ucunda yazan detal yerinə, yerdəyişmə kəmiyyətinin
qeydiyyatını edən hissə (detal) quraşdırılıb.
İnfraqırmızı siçan adi siçan qurğusundan sistem blokla
simsiz rabitə qurğusunun olması ilə fərqlənir.
Kompüter oyunları üçün və bəzi ixtisaslaşdırılmış
imitatorlar üçün həmçinin coystiklərdən və onunla analoji olan
coypadlar, qeympadlar və sükan-pedallı qurğulardan istifadə
edirlər. Bu tipli qurğular, səs kartında olan xüsusi porta və ya
USB portuna qoşulurlar.