1.4 Alqoritm anlayışı, alqoritmin əsas xassələri, tipləri və təsvir üsulları. Alqoritm sozü görkəmli alim Əbu Muhamməd İbn Musa
əl Xarəzminin (787-850) adının təhrif olunmuş formasıdır. Belə
ki, alimin “Kitab əl cəbr və əl-muqabala" əsəri XII əsrdə latın
dilinə tərcümə edilmiş və bu zaman tərcüməçi alimin adındakı əl
44
Xarəzmi sözünü təhrif edərək Alqoritmi kimi verilmişdir və
əsəri “Algoritmi de numero indorum”, yəni “Alqoritmi hind
hesabı haqqında” adlandırmışdır. Bu tərcümə sayəsində alqoritm
sözü Avropa dillərində, sonradan isə əksər dünya dillərində, o
cümlədən azərbaycan dilində bir termin kimi istifadə
olunmaqdadır
1
.
Orta əsrlərdə Avropada alqoritm dedikdə onluq say
sistemində ədədlərlə hesablama qaydaları başa düşülürdü.
Müasir dövrdə isə bu anlayış daha geniş mənada, verilmiş
məsələni həll etmək və ya müəyyən məqsədə çatmaq üçün
zəruri olan əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi
haqqında icraçıya verilən dəqiq və aydın göstərişlərin-əmrlərin
təsviri kimi başa düşülür. Alqoritmin əmrləri sonlu sayda olub
ardıcıl yerinə yetirilir. Hər bir alqoritm konkret icraçı üçün
qurulur. İcraçı alqoritmi yerinə yetirməyə qadir olmalıdır. Başqa
sözlə alqoritmin bütün əmrləri isifadəçi üçün “başa düşülən”
olmalıdır. Məsələn, aydındır ki, birinci sinif şagirdi riyaziyyatın
ilk alqoritmlərindən hesab olunan Evklid alqoritmini yerinə
yetirə bilməz.
Alqoritm anlayışı bir termin kimi əksər elm sahələrində, o
cümlədən informatikada istifadə olunur. Alqoritm
informatikanın fundamental anlayışlarından biridir. Belə ki,
informatikanın əsas tədqiqat obyekti ilkin informasiya əsasında
yeni rəqəmli informasiyanın yaradılmasını, informasiyanın
saxlanılmasını, işlənilməsini, operativ mübadiləsini,
təhlükəsizliyini, insan əməyinin avtomatlaşdırılmasını təmin
edən, effektiv və kompüterdə icra olunan alqoritmlərin
yaradılmasıdır. Bu baxımdan informatikada alqoritm anlayışına
aşağıdakı kimi tərif vermək olar:
Alqoritm – verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır .
1
Bu tərcümə sayəsində avropalılar onluq say sistemilə tanış olmuşdur.
45
Alqoritmlər çox rəngarəng olsalar da, onların hamısı
aşağıdakı ümumi xassələrə malikdir: