26
Operativ yaddaş
. Kompüterin
digər əsas elementi
onun operativ yaddaşıdır
1
. Mikroprosessorlar emal edəcəyi
proqram əmrləri və ilk verilənləri operativ yaddaş vasitəsilə
əldə edir. Operativ yaddaşın mənfi
cəhəti kompüter elektrik
şəbəkəsindən ayrıldıqda onda olan informasiyanı özündə
saxlaya bilməməsidir. Texniki ədəbiyyatlarda operativ yaddaşı
çox vaxt RAM (Random Access Memory) adlandırırlar.
Operativ yaddaş digər mikrosxemlərdən fərqli olaraq
tranzistorlardan deyil, hər biri tutumu bir bit olan
mikrokondensatorlardan yaradılıb.
2
Operativ yaddaşın tutumu
kompüterin işləmə sürətinə
təsir edir. Operativ yaddaşın tutumu kifayət qədər olmayanda
istənilən informasiyanın mikroprosessor tərəfindən axtarılması
üçün mikroprosessor artıq əməliyyatları yerinə yetirməyə
məcbur olur. Nəticədə proqramın yerinə yetirilmə vaxtı uzanır.
Bu səbəbdən operativ yaddaşın tutumu qənaətbəxş olmayanda
bəzi proqramlar kompüterdə ya işləməyəcək, ya da ki,
həddindən artıq ağır işləyəcəkdir. Məsələn,
kompüterlərin
Windows XP əməliyyat sistemilə işləməsi üçün operativ
yaddaşın tutumu minimum128 Mbayt-a bərabər olmalıdır.
Fərdi kompüterlərdə operativ yaddaşın müxtəlif
növlərindən istifadə edilir:
Adi yaddaş.
Ona bəzən DRAM da deyirlər.
Yaddaş
istənilən kompüterdə qurula bilər. Onun əsas xüsusiyyəti
yaddaşa müraciət etmə vaxtıdır. Bu parametr 60 n.saniyəyə
bərabərdir. Qeyd etmək lazımdır ki, 70, 80, 90 və 100
n.saniyəlik yaddaşlar da istehsal olunurdu. Amma qeyri-
müəyyən səbəblər üzündən onların istehsalı dayandırıldı.
EDRAM yaddaş
. Ondan
istifadə etdikdə DRAM tipli
yaddaşla müqayisədə kompüterin işləmə sürəti orta hesabla 2%
1
Yaddaş həddindən artıq cəld işlədiyinə görə operativ adını almışdır.
2
Məsələn, 256 mbayt tutumu olan operativ yaddaş 2,147,483,648 sayda
mikrokondensatordan təşkil olunmuşdur.
27
artmış olur. Belə yaddaşlara müraciət vaxtı 70 n.saniyə bərabər
hesab edilir.
SDRAM yaddaş.
SDRAM yaddaşa müraciət vaxtı çox
kiçikdir, təxminən 10-12 n. san-yə bərabərdir. Yaddaşdan
istifadə etməklə kompüterin işləmə sürətini 10% artırmaq
mümkündür.
Dostları ilə paylaş: