Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə20/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   16   17   18   19   20   21   22   23   ...   141
BIOS (basic input-output system)
. Ana lövhə 
üzərində enerjidən asılı olmayan daimi yaddaş qurğusu BİOS 
yerləşir. Bu mikrosxemdə  fərdi kompüterin qurğularının 
testləşdirən (məlumatı ekrana çıxarmaqla),  əməliyyat 
sisteminin yüklənməsini təmin edən proqramlar toplusu 
yerləşir. Digər yaddaş qurğularından fərqli olaraq onun tutumu 
elə  də böyük olmur. Qeyd edək ki, BIOS Setup proqramı 
vasitəsilə BİOS-un konfiqurasiyasını dəyişmək olar. 
Portlar
. Mikroprosessorun xarici qurğular (printer, 
sican və sairə) ilə informasiya mübadiləsini həyata keçirən 
yuvalara portlar deyilir. Əsas portlar sistem blokunun arxa 
panelindən görünür. Paralel – LPT (paralel printer portu), 
ardıcıl -COM (universal ardıcıl port) və USB (Universal Serial 
Bus-universal ardıcıl  şin) portlardan istifadə olunur. Ardıcıl 
portlardan siçan və klaviaturanın qoşulması üçün istifadə 
olunur. Paralel portlar printerlərin qoşulması üçün istifadə 
olunur. Ardıcıl portlar sürətli məlumatlar mübadiləsi ilə 
fərqlənirlər. Qeyd edək ki, hal-hazırda  əksər müasir 
kompüterlər paralel və ardıcıl portlarsız istehsal olunur. Son 
dövrlərdə meydana gələn USB portları asanlıqla onları  əvəz 
edir. USB portları flaş disklərin, klaviatura, siçan, printer, 
mobil bərk disklərin, skanerin və bir sıra periferiya 
qurğularının qoşulmasını təmin edir. USB portları daha sürətli 
olub, informasiya mübadiləsini 480 Мbayt/san sürətlə  təmin 
edir. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin