V nəsil kompüterlərinyaradılması. Bu mərhələ
müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron
texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin
istehsalını təşkil etməkdir. V nəsil kompüterlər çox yüksək
məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni
funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə
işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə
nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni
proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və
s. imkan verməlidirlər. Hal-hazırda neyron, qeyri-səlis məntiq -
Fuzzu nəzəriyyəsinə əsaslanan yeni texnologiyaları və nano
texnologiyaları tətbiq etməklə bio və optik neyrokompüterlərin
yaradılması nəzərdə tutulur.