13
asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32
kbayt
1
oldu.
İkinci nəsil
kompüterlər üçün xüsusi
sistem proqram
təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri,
sonralar
əməliyyat sistemləri yaradıldı. Kompüterin
arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik
dillərin
2
(Fact, MathMatic, Algol, Fortran, Kobol və s.)
yaranması və onlar
üçün müvafiq kompilyatorun
3
və standart
altproqramlar kitabxanasının yaradılması ilə proqramlaşdırılma
olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi
genişləndi.
Kompüterlərin ucuzlaşması və proqram təminatının
inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər
artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-
iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün
tətbiq edilməyə başlandı. Artıq
onlar daha çox biznes
müəssisələrində, təhsil və layihələndirmə mərkəzlərində geniş
istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüter
istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn, IBM,
CDC, DEC və s. kompüter istehsalına başladı.
Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, Minsk-22,
M-222, Mir, Nairi ikinci nəsil kompüterlər
istehsal olunmuş və
istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 50-100 min
əməliyyat olmuşdu.
Dostları ilə paylaş: