Read, ReadLn, Write, WriteLn
.
Giriş prosedurları
Read, ReadLn
prosedurları aşağıdakı yazılış formatına
malikdir:
Read (x1, x2,…,xn) və ya Read (FV, x1,x2,…,xn)
ReadLn (x1, x2,…,xn) və ya ReadLn (FV, x1,x2,…,xn)
Bu yazılışlarda
x1,x2,…,xn
dəyişənlər, FV –fayl dəyişənidir.
Read (FV,
x1,x2,…,xn) və Readln (FV, x1,x2,…,xn)
prosedurları fayldan dəyişənləri
qiymətlərinin oxunmasını
1
, Read (x1, x2,…,xn) Read (x1, x2,…,xn
)
prosedurları isə klaviaturadan dəyişənlərin qiymətlərinin daxil edilməsini təmin
edir.
x1,x2,…,xn dəyişənlərinin qiymətləri aralarında ən azı bir probel olmaqla
klaviaturadan daxil edilir və ekranda göstərilir.
Read
prosedurunda verilmiş
dəyişənlərin qiymətlərini daxil etdikdən sonra Enter düyməsini sıxmaq lazımdır.
Daxil olunan dəyişənlərin qiymətləri onların tipinə uyğun olmadıqda giriş-çıxış
xarakterli səhv meydana çıxır.
Bir proqramda bir neçə
Read
prosedurundan istifadə etmək olar. Bu halda
əvvəlcə birinci
Read
prosedurunda olan dəyişənlərin qiymətləri klaviaturadandaxil
edilir, sonra Enter düyməsi sıxılır və ikinci
Read
prosedurunda olan dəyişənlərin
qiymətləri daxil edilir və Enter düyməsi sıxılır və s.
Dostları ilə paylaş: |