Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   2   3   4   5   6   7   8   9   ...   33
tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir...»


http://www.amu.edu.az

15 aprel  2015-ci il

2



Mayın  9-da  Böyük  Vətən 

müharibəsində  faşizm  üzərində 

qələbənin  70-ci  ildönümüdür.  Bu 

qələbənin  qazanılmasında  xüsusi 

rolu olan Azərbaycanda da həmin 

tarix dövlət səviyyəsində qeyd olu-

nacaq.  Belə  ki,  Azərbaycan  Res-

publikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı 

ilə  “1941-1945-ci  illər  müharibəsində  qələbənin  70  illik 

yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər 

Planı” təsdiq edilib. 

Həmin sənəd çərçivəsində bu gün Azərbaycan Tibb Universitetində “1941-

1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  tibb 

işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda 

ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də 

tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin 

XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki, 

Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları 

açıqlamaq  ciddi  elmi-nəzəri,  siyasi  və  əməli  əhəmiyyətə  malikdir.  Tədbirdə 

xüsusi  vurğulanıb  ki,  Böyük  Vətən  müharibəsi  zamanı  Azərbaycanın  bütün 

maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edi-

lib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək 

səfərbər  edilərək  cəbhəyə  göndərilib.  Onlar  da  sabiq  SSRİ  məkanında  ya-

şayan  digər  xalqların  nümayəndələri  ilə  çiyin-çiyinə  faşizmə  qarşı  savaşda 

iştirak ediblər.

Universitetin  elmi  işlər  üzrə  prorektoru,  professor  İbrahim  İsayev  çıxış 

edərək  II  Dünya  Müharibəsini  XX  əsrin  ən  fəlakətli  müharibəsi  adlandıra-

raq dünyanın 4/5-nü ağuşuna aldığını, 61 ölkəni əhatə etdiyini, nəticədə 67 

milyon insanın həyatını itirdiyini xatırladıb. Həlak olanlardan 27 milyonunun 

əsir düşərgələrində, 20 milyonunun isə dinc əhali olduğunu  bildirən prorek-

tor faşizm üzərində qələbədə xalqımızın yaxından iştirakını və Bakı neftinin 

müstəsna rolunu da vurğulayıb. Müharibə zamanı motorlu texnikanın 85-90 

faizinin Bakı nefti ilə təmin olunduğunu, göstərdikləri qəhrəmanlıq və rəşadətə 

görə 121 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verildiyini bildirib. Fa-

şizm    üzərində  qələbədə  yaxından  iştirak  edən  xalqımızın  torpaqlarımızın 

müdafiəsi üçün hazırda ermənilərlə üz-üzə dayandığına da diqqət çəkib. 

Digər  natiqlər  də  çıxışları  zamanı  müharibənin  törətdiyi  dağıntılardan, 

fəlakətlərdən, itkilərdən danışıblar. 

III cərrahi xəstəliklər kafedrasının müdiri, ə.e.x., professor Məmməd Nəsirov 

“1941-1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  

cərrahlarının  rolu”  mövzusunda  çıxış  edərək  azərbaycanlı  cərrahların 

əvəzsiz  xidmətlərindən, arxa cəbhə kimi Azərbaycanda yaradılan hospitallar, 

xəstələrin necə qəbulu və müalicəsindən söhbət açıb. 

İctimai  fənlər  kafedrasının  dosenti  Elbrus  Sadıqov  “1941-1945-ci  illərdə 

Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində “ mövzusinda çı-

xış edərək xalqımızın qələbədə yaxından iştirakı ilə bağlı geniş məlumat verib.

İctimai  sağlamlıq  və  səhiyyənin  təşkili  kafedrasının  baş  müəllimi  Fuad 

Məmmədov  da  “Azərbaycan  tibb  işçiləri  1941-1945-ci  illər  müharibəsində” 

mövzusunda etdiyi çıxışında həkimlərimizin fədakarlığını xüsusi qabardıb.

Uşaq və yeniyetmələr, əmək  gigiyenası kafedrasının dosenti Rəhim Oru-

cov müharibə dövründə arxa cəbhədə şahidi olduğu ağır vəziyyətdən, qələbə 

naminə  hər  kəsin  hansı  əzab-əziyyətlərə  qatlaşaraq  ön  cəbhəyə  ərzaq  və 

geyim göndərmələrindən söhbət açıb.

Qeyd  edək  ki,  Prezidentin  sərəncamı  ilə  təsdiqlənən  Tədbirlər  Planına 

əsasən,  ölkəmizin  təhsil  müəssisələrində  müvafiq  tədbirlərin  keçirilməsi 

nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmiş əsərlərin, kitabların 

sərgisinin  təşkili,  savaş  iştirakçıları  ilə  görüşlərin  keçirilməsi  planlaşdırlır. 

O  cümlədən,  1941-1945-ci  illər  müharibəsinə  həsr  olunmuş  vahid  dərsin 

(günün)  keçirilməsi,  müharibə  veteranları  və  tələbələr  arasında  görüşlərin 

keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur. 

Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yə üzv 

ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd 

olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində 

azərbaycanlı  təhsil  işçiləri  Moskvada  təşkil  olunacaq  beynəlxalq  məktəbin 

işində iştirak edəcəklər.


Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin